Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hormozqan əyalətində koronavirusdan ölənlərin sayı 191 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Hormozqan əyalətində koronavirusdan ölənlərin sayı 191 nəfərə çatıb

Hormozqan əyalətində koronavirusdan ölənlərin sayı 191 nəfərə çatıb


Bu barədə iyunun 23-də mediaya açıqlama verən Hormozqan Tibb Universitetinin ictimai əlaqələr bölməsinin rəhbəri Fatimə Novruziyan deyib ki, son bir gün ərzində pandemiya xəstəliyindən ölənlərdən biri 11 aylıq körpə uşaqdır: “Ölənlərin ən yaşlısının 82 yaşı var, ən kiçiyi isə 11 aylıq uşaqdır.



Hormozqan əyalətində bu günə qədər koronavirus üçün 33 min 215 nəfərdən test nümunələri götürülüb. Hazırda isə əyalətin müxtəlif xəstəxanalarında müalicələrini davam etdirən 499 nəfərdən 60-ı reanimasiya şöbələrində həkimlərin nəzarəti altında saxlanılır və onlardan 23 nəfərinin vəziyyəti ağırdır” -deyə, Hormozqan Tibb Universitetinin ictimai əlaqələr bölməsinin rəhbəri Fatimə Novruziyan bəyan edib.

Geri dön