Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda hər gün 400 nəfər koronavirusa yoluxur
Şərqi Azərbaycanda hər gün 400 nəfər koronavirusa yoluxur |
Bu barədə, Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi məlumat verib.
Somi keçən iki həftə ərzində “iqtisadi səbəblərə görə məhdudiyyətlərin qaldırılması” nəticəsində infeksiyanın yayılmasının sürətləndiyini bildirib. Tibb Universitetinin rektoru əlavə edib ki, öncəki aylarda koronavirus qurbanlarının sayı gündə iki nəfərə qədər azaldığı halda hazırda bu rəqəm 6 nəfərə çatıb. Somi həmçinin bildirib ki, xəstəxanalarda müalicə olunan koronavirus xəstələrinin sayında da 15 faiz artım qeydə alınıb. Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri əyalətdə fəaliyyət göstərən 27 min tibb işçisindən 950 nəfərinin “Covid-19” infeksiyasına yoluxduğunu bildirib. “İnfeksiyaya yoluxan tibb işçilərindən təxminən 70 faizi sağalaraq işlərinə geri dönüblər. Bu günə qədər 3 həkim, 4 tibb bacısı isə koronavirus koronavirusdan dünyasını dəyişib,” deyə o əlavə edib. Şərqi Azərbaycanda koronavirusa yoluxanların ümumi sayının 15 min 756 nəfər olduğunu deyən Somi artırıb ki, infeksiyaya yoluxanların 3.8 nəfəri (607 nəfər) dünyasını dəyişib. O həmçinin qeyd edib ki, son statistikaya əsasən koronavirusa yoluxma halları 15 yaşdan kiçik olanlar arasında da artmaqdadır. İran rejimi siyasi və iqtisadi mülahizələrə görə, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətləri ortadan qaldıraraq müxtəlif müəssisələrin fəaliyyətini yenidən bərpa edib. Bu isə pandemiyanın yayılmasını yenidən gücləndirib. İyunun 19-da Təbriz şəhərinin koronavirusun yayılması səbəbindən qırmızı vəziyyətdə olmasına baxmayaraq bu şəhərdə cümə namazı keçirilib. Geri dön |