Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda daha 133 nəfər koronavirusdan ölüb, 2531 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 133 nəfər koronavirusdan ölüb, 2531 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib

İranda daha 133 nəfər koronavirusdan ölüb, 2531 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib


O bildirib ki, İranda son bir gün ərzində daha 133 nəfər koronavirusdan ölüb, 2531 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb: “Bununla da bu günə qədər İranda koronavirusdan ölənlərin sayı 9996 nəfərə, xəstəliyə yoluxanların sayı isə 212 min 501 nəfərə çatıb.



Ötən bir gün ərzində həmçinin xəstəlikdən tam sağalıb evə buraxılanların sayı da artaraq, 172 min 96 nəfərə yüksəlib. Təəssüflər olsun ki, pandemiya yoluxucu xəstəliyinə yoluxan və hazırda xüsusi rejimli xəstəxanalarda müalicə alan 2869 nəfərin vəziyyəti ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari əlavə edib.



İran Səhiyyə Nazirliyinin sözçüsü, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 9996 nəfərə, yoluxanların sayının isə 212501 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 58500 nəfəri keçdiyini, 1 milyon 700 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.

Geri dön