Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəsul Məhəmmədi Güney azərbaycanda zəlzələ bögəsindəki ağır şəraitdən danışıb- AUDİO
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Rəsul Məhəmmədi Güney azərbaycanda zəlzələ bögəsindəki ağır şəraitdən danışıb- AUDİO

Rəsul Məhəmmədi Güney azərbaycanda zəlzələ bögəsindəki ağır şəraitdən danışıb- AUDİO


“Zəlzələ zonasında insanların durumu ağırdır,” deyə Əhər bölgəsinə tez-tez səfər edən Rəsul Məhəmmədi Amerikanın Səsinə müsahibədə bildirir.

Avqustun 12-də Şərqi Azərbaycanda baş vermiş zəlzələ nəticəsində yüzlərlə adam həlak oldu, minlərlə adam evsiz-eşiksiz qaldı. Həmin vaxt İran hökuməti qısa vaxt kəsiyində zəlzələ qurbanlarına lazımi yardımın göstəriləcəyini deyirdi.

Lakin Məhəmmədinin sözlərinə görə soyuq hava şəraitində insanların böyük əksəriyyəti dözülməz çətinliklərlə üzləşir. Evlərin böyük əksəriyyəti bərpa olunmayıb və insanlar uçuq daxmalarda yaşayırlar. “Mən gecələr yata bilmirəm,” deyə Rəsul Məhəmmədi Əhər bölgəsində gördüklərinin onu xeyli narahat etdiyini deyir.

Milli fəal Azərbaycan türklərinin öz soydaşlarına lazımi kömək göstərməyə çalışdığını və xeyriyyə tədbirləri keçirdiyini deyir. Eyni zamana o, əlavə edir, dağılmış evlərin bərpası dövlət miqyasında səylər tələb edir.

Öz xalqının güzəranını yaxşılaşdırmaq əvəzinə isə İran hökuməti beynəlxalq qüdrətlərlə mübahisə edir, deyə Rəsul Məhəmmədi bildirir.

Təbrizli milli fəalla müsahibəni İnsifali Hidayət keçirib. AUDİOnu dinləmək üçün qaynağımız olan şağıdakı LİNKi tıklaya bilərsiniz:

http://www.amerikaninsesi.org/content/rasul-mahammadi/1530158.html

Geri dön