Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Uşaqlarda boy artımı üç aydan bir ölçülərək nəzarətdə saxlanılmalıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Uşaqlarda boy artımı üç aydan bir ölçülərək nəzarətdə saxlanılmalıdır

Uşaqlarda boy artımı üç aydan bir ölçülərək nəzarətdə saxlanılmalıdır


Valideynlərin ən çox şikayətləndikləri mövzulardan biri də uşaqların boy problemidir. Boy artımı uşaqların normal böyüməsi və inkişafı üçün vacib göstəricilərdəndir. Boy artımının ləngiməsi əsasən 2-5 yaşlarda aşkar edilir.

K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı, tibb üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova müsahibəsində deyib: “Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş cədvəllər var və uşağın normal boyu həmin cədvəllərə əsasən hesablanır. Uşağın boyu həmin cədvəldən çox aşağı həddədirsə, uşaq müayinə edilir, boy hormonu (somatotropin) yoxlanılır və əllərin rentgen müayinəsi aparılaraq bioloji yaşa baxılır. Uşağın boyu üç aydan bir ölçülərək nəzarətdə saxlanılır. Bir yaşında uşağın boyu təxminən doğum boyunun iki misli qədər olmalıdır”.

Bu problem həm genetik, həm də digər amillərlə əlaqələndirilir. Boyu normal inkişaf etməyən uşaqlarda piylənmə gedir, daxili orqanlarda funksional pozuntular yaranır.

Həkim-pediatr deyib: “Boyu qısa olan uşaqlarda hər hansı bir xəstəliyin olub-olmaması araşdırılır, onda lazımi boy artımı olması üçün valideynə uşağın normal qidalanması, bəzi idman növləri, xüsusilə basketbol, voleybol və yüngül atletika ilə məşğul olması məsləhət görülür. Həmçinin qidalanma zamanı karbohidrat və şirniyyatlardan az istifadə etməsi tövsiyə edilir. Əgər problem hansısa xəstəliklə əlaqədardırsa, onda hormon çatışmazlığını aradan qaldırdıqdan sonra problemi yoluna qoymaq mümkündür”.

Uşaq 1 yaşadək 25, 1-2 yaş arası 10-12, 2-4 yaşında 14-15, 4 yaşından 10 yaşına qədər 30-32 santimetr boy atmalıdır. 11 yaşından yetkinlik yaşına qədər boy artımı hər il 5-10 sm təşkil edir. Proses normal qaydada getmədikdə mütəxəssisin nəzarəti altına alınmalıdır.

Geri dön