Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan yeni müstəqil dövlətlə diplomatik münasibətlər qurdu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Azərbaycan yeni müstəqil dövlətlə diplomatik münasibətlər qurdu

Azərbaycan yeni müstəqil dövlətlə diplomatik münasibətlər qurdu


Oktyabrın 23-ü Nyu-Yorkda, Azərbaycanın BMT yanında daimi nümayəndəliyində Azərbaycan və Cənubi Sudan respublikaları arasında diplomatik əlaqələrin qurulması haqqında sənəd imzalanıb. AzərTAc-ın məlumatına görə, sənədə Azərbaycan Respublikası hökuməti adından səfir Aqşin Mehdiyev, Cənubi Sudan Respublikası hökuməti adından səfir Fransis Denq qol çəkiblər.

2011-ci ilin yanvarında Sudanın cənub hissəsinin müstəqilliyinə dair referendum keçirilib. Seçicilərin 95 faizindən çoxu Cənubi Sudanın müstəqilliyinə səs verib. Referendum Şimalla Cənub arasında 2005-ci ilin yanvarında imzalanmış sülh sazişinin şərtlərindən biri olub. Həmin şərtdə Cənuba 6 il müddətinə geniş muxtariyyət verilməsi, sonra isə bu ərazinin statusu haqda referendum keçirilməsi nəzərdə tutulub.

2011-ci il fevralın 7-də Sudan prezidenti ölkənin cənub hissəsinin müstəqilliyini tanıdığını bəyan edib.

Geri dön