Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Azərbaycan və Türkiyə arasında COVID-19-a dair epidemioloji nəzarət məsələləri üzrə onlayn müzakirələr keçirilib
Azərbaycan və Türkiyə arasında COVID-19-a dair epidemioloji nəzarət məsələləri üzrə onlayn müzakirələr keçirilib |
Türkiyə Cümhuriyyəti Səhiyyə nazirinin müavini Emine Alp Meşe və nazirliyin Elmi-Tibbi Şurası ilə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Viktor Qasımov və aidiyyatı mütəxəssislərin iştirakı ilə keçirilən videokonfransda hər iki ölkədə COVID-19 ilə əlaqədar mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xəstəxanadaxili infeksiyaya nəzarətin təşkili, xəstə təmas zəncirinin təhlili və tətbiq edilməsi, simptomsuz xəstələr üzərində epidemioloji nəzarət və COVID-19 virusu üçün innovativ müayinə metodları kimi mövzulara da diqqət yetirilib. Hər iki ölkə nümayəndələri COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlığın davam etdiriləcəyini bildiriblər. Geri dön |