Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bütöv Azərbaycan ideyası reallaşacaq (Müsahibə)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Güney Azərbaycan-Təbriz > Bütöv Azərbaycan ideyası reallaşacaq (Müsahibə)

Bütöv Azərbaycan ideyası reallaşacaq (Müsahibə)


Babək Çələbiyanlı: «Beynəlxalq sanksiyalara məruz qalan İranı yaxın gələcəkdə süqut gözləyir»

«Güney Azərbaycan» səhifəsinin budəfəki həmsöhbəti hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan güneyli soydaşımız Babək Çələbiyanlıdır.
- İran dövlətinin Güney Azərbaycana faktoruna yanaşması necədir?
- Bu sualı cavablandırmaq üçün bir misal çəkim. Bildiyiniz kimi, Güney Azərbaycanın Qaradağ bölgəsində güclü zəlzələ baş verdi. Ciddi tələfata səbəb olan təbii fəlakət nəticəsində yüzlərlə kənd dağıldı, çox sayda soydaşımız həyatını itirdi. Rəsmi mənbələrin verdiyi xəbərə görə, 44 kənd tamamilə yerlə yeksan olub. Bu qədər ağır tələfata yol açan hadisəyə dövlət tərəfindən diqqət göstərilmədi. Evsiz qalan və xəsarət alan zərər çəkənlərə lazımi yardımlar edilmədi. Hətta fəlakətin yalnız ertəsi gün xilastemə işləri aparıldı. Cəmi bir gün davam edən xilastemə işləri dövlət tərəfindən yarımçıq dayandırıldı. Yaralı soydaşlarımız dağıntılar altında qaldı. Rejim onsuz da insan itkisi yaşayan Güney Azərbaycanın zülmünü daha da artırdı. Rejimin əmri ilə Azərbaycan türkləri diri-diri dağıntıların altında qaldı. Dövlətin zərər çəkənlərə yardım etmədiyi görən xalqımız özü dəstək oldu. Başqa şəhərlərdə yaşayan soydaşlarımız öz bacı-qardaşlarına kömək etmək üçün şəxsi vəsaitləri hesabına yardımlar topladılar. Lakin rejim hətta bu yardımların ünvana çatdırılmasının qarşısını almağa, bunun üçün müxtəlif süni maneələr yaratmağa çalışdı. Bildiyiniz kimi, Qaradağ dağlıq bölgədir. Orada hava çox soyuq olur. Buna baxmayaraq, indiyədək zərər çəkənlər evlə təmin olunmayıb. İnsanlar şaxtalı havada çadırlarda yaşayırlar. Yağıntılar zamanı çadırları su basır, bütün əşyalar islanır. Onsuz da ağır vəziyyətdə yaşayan zərər çəkənlərin durumu daha da pisləşir. Şəraitsiz mühitdə yaşayan soydaşlarımız müxtəlif çətinliklər və başqa fəlakətlərlə üzləşirlər. Məsələn, ötən günlərin birində çıxan yanğın nəticəsində bir neçə çadır külə döndü və bir nəfər qadın dünyasını dəyişdi. Farsların maraqlarına xidmət edən dövlət bu qədər çətin günlərini yaşayan Azərbaycan türklərinə qayğı göstərmir, onların problemlərini həll etməyə çalışmır. Sırf reklam olması üçün tək-tük kənddə ev tikməyə başlayıblar. Bununla da əhalinin gözündən pərdə asmaq istəyirlər. Halbuki evsiz qalan soydaşlarımızın yaşadığı əksər kəndlərdə hələ də heç bir tikinti işləri aparlmır. Soyuqdan evsiz qalan soydaşlarımız öz ata-baba yurdundan köçməyə məcbur qalırlar. Hətta torpağını dəyər-dəyməzə satıb başqa şəhərlərə üz tutan qardaşlarımız da var. İnsanlarımız ata ocağını məcburən tərk etməli olurlar. İran dövlətinin Güney Azərbaycana olan münasibəti budur və bu, tək misal deyil. Rejimin Azərbaycan türklərinə qarşı siyasətini əks etdirən çox sayda nümunələr göstərmək olar. Digər tərəfdən, Güney Azərbaycan üçün əhəmiyyətli problemlərdən biri olan Urmiya gölünün rejim tərəfindən qurudulmasını da yada sala bilərik. Hökumətin laqeyd münasibəti və yaradılmış süni əngəllər Urmiya gölünün quruması ilə nəticələnir. Demək olar ki, bu gölün 70 faizi tamamilə quruyub. Bu da dövlətin Güney Azərbaycana olan münasibətinin bir göstəricisidir. Qurtuluş mücadiləsini yaşayan Güney Azərbaycan bu ildən başlayaraq yaxın 2-3 il ərzində ən ağır və çətin günlərini yaşayacaq. İrana qarşı sanksiyalar və xarici valyutanın bahalaşması xüsusilə Güney Azərbaycanın iqtisadi vəziyyətini daha da ağırlaşdırıb. İnflyasiya, işsizlik hər gün artır. Narkomaniya, boşanmalar çoxalıb. Bunlar ümumi problemlərdir. Lakin bütün çətinliklərə baxmayaraq, milli hərəkatın sayəsində Güney Azərbaycanın üzərindən qara buludlar çəkilməkdədir. İnanıram ki, milli azadlıq hərəkatının fəaliyyəti Bütöv Azərbaycan ideyasını reallaşdıracaq. Göründüyü kimi, son zamanlar ABŞ az da olsa, Güney Azərbaycan məsələsinə maraq göstərir. Eyni zamanda BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Əhməd Şahid üçüncü hesabatında Güney Azərbaycanda baş verən hüquq pozuntularını qeyd edib. O bildirib ki, İranın idarəçiliyi altında yaşayan azərbaycanlılar elementar mədəni hüquqlardan məhrumdurlar. Əhməd Şahid həmçinin Azərbaycan türkcəsində fəaliyyət göstərən vebsaytların fəaliyyətinin qadağan edilməsini xüsusi vurğulayıb. Bütün bu qeyd edilənlər onu göstərir ki, artıq Güney Azərbaycan həqiqətləri beynəlxalq müstəviyə çıxmaqdadır. Ümumiyyətlə, İran coğrafiyasında Azərbaycan türkləri olmadan hansısa dəyişikliyin gerçəkləşməsi mümkün deyil. Əminəm ki, Azərbaycan Respublikasındakı qardaşlarımız bütövlük və azadlıq uğrunda mübarizədə güneyli qardaşlarına dəstək olacaqlar. Parçalanmış vətənimizin bütövləşmə zamanı yaxınlaşıb. Bununla da Dağlıq Qarabağ problemi öz həllini tapacaq. Təhlükəli nüvə proqramına görə beynəlxalq sanksiyalara məruz qalan İranı və yaxın müttəfiqi olan Suriyanı yaxın gələcəkdə süqut gözləyir.
- Milli fəallara qarşı təqiblər və həbslər davam edir?
- Milli fəallara qarşı tək bu gün deyil, illər ərzində təzyiqlər göstərilib. Diktator rejimdə yaşayaraq mübarizə aparmaq könüllü olaraq həbsi, təqibi, işgəncəni qəbul etmək deməkdir. Vətən və azadlıq yolunda mübarizə edən güneyli milli fəalları İran kimi qəddar rejimin qeyri-insani davranışları sarsıda bilməz. Mən üç ildən çoxdur ki, «Araznews» saytını işlədirəm. Bu müddət ərzində elə bir həftə olmayıb ki, milli fəalların həbsi və ya təqibi ilə bağlı xəbər yayılmasın. Hazırda İranda siyasi məhbusların çoxu milli fəallardır. Bu, bir tərəfdən hərəkatın aktivliyinin, digər yandan isə İranın anti-demokratikliyinin göstəricisidir.
- Həbslər və təqiblər milli azadlıq hərəkatına necə təsir göstərir?
- Təqib və həbslər hərəkatın varlığının sübutudur. Lakin bu odemək deyil ki, həbs olmasa, hərəkatın fəaliyyəti yoxdur. Totalitar rejimlərə qarşı çıxıb haqqını tələb edən hər kəsi həbs gözləyə bilər. Digər tərəfdən, milli fəalların təqib və həbs xəbərləri dünya mediasına Güney Azərbaycan məsələsinin çıxmasına səbəb olur. Bu baxımdan həbs olunan milli fəallar azadlıq hərəkatını sübut edən canlı sənəddirlər. Vətən uğrunda həbs edilən, işkəncə görən, təhsildən məhrum olan, işdən çıxarılan hər bir milli fəal Azərbaycanın adını yaşadır.
- Həbsdə olan hansı milli fəalların adlarını çəkə bilərsiniz?
- Hazırda da həbsdə olan və azadlıq simvolu sayılan Səid Mətinpurun adını çəkə bilərəm. Səkkiz il həbs cəzası alan qardaşımız artıq 4 ildən çoxdur ağır şəraitdə zindanda saxlanılır. Eləcə də Məhəmməd İsgəndərzadənin, Vahid Həbibçeşmənin, Vahid Rastqunun, Arəş və Səyavuş Məhəmmədi qardaşlarının, mühəndis Məsud Hüseynzadənin, Əli Fərdinin və 19 yaşında 6 il azadlığa məhrum edilmiş Fərdin (Sabutay) Muradpurun adlarını çəkə bilərəm. Lakin hazırda həbsdə olan, lakin adlarını yadımdan çıxan daha çox milli fəallarımız var. Milləti və vətəni naminə zindanda olan bütün milli fəallarımıza azadlıq diləyirəm. Onu da qeyd edim ki, İran zindanlarının şəraiti standartlara uyğun deyil. Binaları çox köhnədir, sağlamlıq baxımından çox pis şəraiti var. Yataq çatışmazlığı var. Məhbuslar quru yerdə yatmağa məcbur olurlar. Qidalanmaq çox bərbaddır. İnsanlar sağlam qalmaları üçün öz şəxsi hesablarına yemək-içməklə özlərini təmin etməlidirlər. Əks halda zindanın verdiyi yeməklə heç kəs sağ-salamat qalmaz. İran zindanlarında siyasi məhbuslar üçün ayrıca bölmə yoxdur. Bu baxımdan milli fəallar narkomanlarla, cinayətkarlara, təhlükəli insanlarla birgə saxlanılır. Bu isə fiziki-mənəvi baxımdan insanlara çox mənfi təsir göstərir. Həbsxanalarda bir cani ilə siyasi məhbus arasında heç bir fərq qoymurlar. Siyasiləri də cinayətkar kimi qarşılayır, çox pis münasibət göstərirlər. Çalışırlar ki, milli fəaları bir-birindən də saxlasınlar. Çox zaman təhlükəli adamları milli fəaları döyməyə təhrik edirlər. Yəni hər vasitəylə siyasi məhbuslara əziyyət etməyə can atırlar. Lakin çox zaman təhlükəli məhbuslar belə milli fəalları tanıdıqdan sonra onlara böyük hörmət edirlər. Bizim Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) mövqeyinə görə, Azərbaycan xalqının milli maraqları uğrunda mücadiləsi davam edəcək. Azərbaycan türkləri arasında milli oyanış prosesini aparmaq, millətimizə qarşı yürüdülən şovinist siyasətin qarşısını almaq üçün çalışmaq, milli müqəddəratımızı təyin etmək haqqımızı rəsmiləşdirmək və həyata keçirmək, lazımi bütün qurumlarla birgə təcrübəli kadrların yetişdirilməsi, günün nəbzinə uyğun olaraq alternativ və dinamik şəkildə milli dirənişini yürütmək bu yoldakı strategiyamıza daxildir. Bu məqsədlə də AMDT sivil və mədəni mücadiləyə inanır, hər cür şiddətdən uzaq dayanır, xalqımızla çiyin-çiyinə dirəniş özəyini yaratmaqla siyasi, iqtisadi, ictimai və mədəni dirəniş və mücadiləni təşkil etməyə çalışır. Günün şərtlərini nəzərə alaraq deyə bilərik ki, AMDT Güney Azərbaycanda gizli şəkildə fəaliyyət göstərir. Azərbaycan milli azadlıq hərəkatı sülh tərəfdarıdır və dinc yollarla öz haqlarını əldə etməyə, məqsədlərinə çatmağa çalışır. İllərlə biz bu cür demokratik yollarla fəaliyyət göstərmişik. Bundan sonra da belə davam edəcəyini düşünürəm. Amma bu o demək deyil ki, başqa yolları seçmək olmaz. Biz milli müqəddəratımızı təyin etmək üçün mübarizə edirik. Amma görürük ki, Güney Azərbaycanın qərb bölgəsində terrorçı kürd təşkilatları bəzi güclərin dəstəyilə gah açıq, gah da gizli şəkildə terrorçuluqla məşğul olur, Azərbaycan torpaqlarına göz dikiblər. Bu baxımdan Güney Azərbaycanın qərb bölgəsində terrorçularla mübarizə aparmaq üçün 2006-cı ildən Qərbi Azərbaycan Milli Müdafiə Komitəsi (QAMMK) fəaliyyətə başlayıb. Təşkilatın əsas vəzifələrindən biri terrora qarşı xalqımız arasında birlik və bərabərlik yaratmaqdır. Onların nizamnamələrində qeyd edilib ki, anti-terror təşkilatı olan QAMMK şiddət və terorun bütün şəkillərini qınayır, Qərbi Azərbaycanda bütün terorçu qruplaşmaların fəaliyətlərinin dayandırılmasını istəyir: «Qərbi Azərbaycan Milli Müdafiə Komitəsi terrorçu qruplaşmaların torpaq iddiaları ilə bağlı Azərbaycan türklərinə elmli şəkildə məlumat verməyi özünə borc bilir. Təşkilat terrora yardım edənləri və torpaq iddialarına zəmin yaradanları xalqımıza ifşa edəcəkdir. Ümumiyyətlə isə Güney Azərbaycandakı milli hərəkat sivil və mədəni yollarla fəaliyyət göstərməyinə baxmayaraq, İran rejimi milli fəallara qarşı qəddar davranaraq, milli fəalları hər cür işgəncəyə məruz qoyur. Onları həbs edərək uzun müddət təkadamlıq kameralarda saxlayır, universitetdən uzaqlaşdırılır, işdən çıxarır və s. Dikator və irqçi rejim Azərbaycan türkünün haqq səsindən elə qorxur ki, kimliyini tələb edən soydaşlarımızın yaşına baxmayaraq, uşaqdan böyüyə həbs edib zindana salır.

Turqut

Geri dön