Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > ABŞ İranın metal sənayesi ilə əlaqədə olan 8 şirkətə qarşı sanksiya qoyub
ABŞ İranın metal sənayesi ilə əlaqədə olan 8 şirkətə qarşı sanksiya qoyub |
ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında yayılan bəyanatda bildirilir ki, sanksiyaya məruz qalan şirkətlərdən 5-i “Sepah” terror təşkilatına məxsus Mübarikə Polad Kompleksinə bağlı “Methyl Polad Şirkəti, “Tara” şirkəti, eləcə də “PACİFİC”, “Better Futures” və “Toka” şirkətləridir. Qeyd edilir ki, həmin şirkətlərdən “Methyl Polad Şirkəti” İranda, “Tara” şirkəti Almaniyada, “PACİFİC”, “Better Futures” və “Toka” şirkətləri isə Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərir.
Məlumatda bildirilir ki, barəsində sanksiya qoyulmuş digər 3 şirkət, yəni “Cənub Alüminium”, “Sircan Polad Dünya Komleksi” və “Mərkəzi İran Dəmir Filizi” şirkətləri isə İranda fəaliyyət göstərirlər. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) bildirdiyinə görə, həmin şirkətlər Mübarikə Polad Kompleksi məhsullarının illik satışına yardım etməklə, polad, alüminium, dəmir və mis məhsullarının satışından milyardlarla dollar gəlir əldə edir və əldə edilən pulları regionda və dünyada sabitliyi pozmağa sərf edirlər. Nazirliyin bəyanatında bildirilir ki, sanksiyaya məruz qalan həmin şirkətlərin Amerika Birləşmiş Ştatlardakı aktivləri müsadirə edilir və Amerika vətəndaşlarının bu şirkətlərlə hər hansı bir əməkdaşlığa və ya ticarət əlaqəyə girməsinə qadağa qoyulur. Geri dön |