Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kreml Rusiyadakı bir qrup Azərbaycan və erməni diaspor nümayəndəsini bir araya gətirdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm > Kreml Rusiyadakı bir qrup Azərbaycan və erməni diaspor nümayəndəsini bir araya gətirdi

Kreml Rusiyadakı bir qrup Azərbaycan və erməni diaspor nümayəndəsini bir araya gətirdi


Kreml Rusiyadakı bir qrup Azərbaycan və erməni diaspor nümayəndəsini bir araya gətirdi


Rusiyada bir çox azərbaycanlı ilə erməninin bir yerdə işləməsi, ailə qurması Söyün Sadıqovu sevindirib

«Biz Rusiya Federasiyasında yaşayırıq və Rusiya prezidentinin milli siyasət strategiyasının iştirakçılarıyıq. Bizim maraqlarımız Rusiyanın maraqlarından asılıdır. Rusiyada sülh və stabillik bizim millətlərin xeyrinədir». Bunu Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan Rusiyadakı Azərbaycan və erməni diaspor nümayəndələrinin dünən Moskvada keçirilən görüşündəki çıxışında deyib.
Rusiyadakı Azərbaycan və erməni diaspor təşkilatlarının 20 il ərzində ilk dəfədir bir araya gəldiyini qeyd edən Ara Abramyan belə görüşlərin davam etdirilməsini arzulayıb: «Biz dostluğumuzu unutmamışıq. Belə görüşlər mütəmadi olmalıdır. Müharibə heç kimə lazım deyil. Bura dialoq üçün yığışmışıq. Bu, sadəcə ictimai tərkibli görüşdür, heç kimə və heç bir dövlətə qarşı deyil. Biz Dağlıq Qarabağ problemini həll edə bilmərik. Bu problemin həlli ilə Azərbaycan və Ermənistan prezidentləri və ATƏT-in Minsk qrupu məşğuldur. Bizim əsas məqsədimiz düşmənçiliyə son verməkdir».
O, analoji görüşlərin Rusiyanın regional diaspor təşkilatları səviyyəsində keçirilməli olduğunu da vurğulayıb: «Oktyabrın 26-da Orenburqda belə bir görüş keçiriləcək. Mən də orda iştirak edəcəyəm».
Ara Abramyan noyabrın 16-da isə Rusiyadakı Azərbaycan və erməni diaspor təmsilçilərinin növbəti görüşünün keçiriləcəyini bildirib, təklif edib ki, həmin görüşdə Azərbaycan və erməni diasporlarının nümayəndələrindən ibarət təşkilat komitəsi və birgə komissiya yaradılsın: «İldə iki dəfə Rusiyada yaşayan azərbaycanlı və ermənilərin birgə tədbirinin keçirilməsini istərdik. Şəxsən Rusiya prezidenti Vladimir Putinə, Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edəcəyəm ki, Soçidə «Sivilizasiyalar haqqında dialoq» mövzusunda Ermənistan-Azərbaycan tədbiri keçirilsin, həmin tədbirdə hər iki ölkə yüksək səviyyədə təmsil olunsun».
«Azərros» Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov isə çıxışında Rusiyada bir çox azərbaycanlı ilə erməninin bir yerdə işlədiyini, ailə qurduğunu bildirib: «Bu bizi sevindirir. Mən Araya təşəkkür etmək istəyirəm ki, bu dialoqun qurulmasında bizimlə əməkdaşlıq edir. SSRİ-nin dağılmasından sonra ilk dəfədir ki, belə görüş keçirilir. Bütün iştirakçıları konfliktdən uzaq olmağa, dialoqa çağırıram. Biz bura Dağlıq Qarabağ problemini həll etməyə yıışmamışıq, bu problemin həlli ilə dövlətlər və beynəlxalq təşkilatlar məşğuldur. Biz erməni və Azərbaycan xalqları arasında dialoq mühitinin yaranmasına kömək etməyə çalışırıq».
Qeyd edək ki, görüşdə «Azərros» Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov, «Azərbaycan Konqresi» qəzetinin baş redaktoru Rüstəm Arifcanov, «Tribuna» qəzetinin baş redaktoru Rəfael Hüseynov, Moskva Hökuməti yanında Milli KİV üzrə Komissiyanın sədri Cəmil Sadıqbəyov, Azərbaycan Beynəlxalq Bankının Moskva filialının direktor müavini Azər Səfərov və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovun adı siyahıda olsa da, o, görüşə qatılmayıb.
Ermənistan tərəfdən görüşə Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan, SSRİ xalq artisti Armen Ciqarxanyan, Rusiya Erməni İttifaqının vitse-prezidenti Vyaçeslav Qalustyan, «Armeniya i mir» jurnalının baş redaktoru Lusik Qukasyan, Ermənistanın Rusiyadakı sabiq səfiri Armen Smbatyan, bu ölkənin Moskvadakı səfirinin köməkçisi və başqaları qatılıblar.
Xatırladaq ki, «Xalq Cəbhəsi» qəzetinin 20 oktyabr tarixli sayında dərc olunmuş «Külək şimaldan əsir» adlı yazıda Moskvada keçirilən görüş barədə bir sıra proqnozlar verilmişdi. Həmin yazıdan gətirdiyimiz iqtibası oxucularımıza təqdim edirik: «Rusiya Azərbaycan Təşkilatları İttifanının müraciətinin ardınca dərhal Rusiya ermənilərinin rəhbəri Ara Abramyanın müraciətinin ortaya çıxması olduqca ciddi bir prosessin başlandığına işarə olunduğu təəssüratını yaradır. Ara Abramyan öz müraciətində bəyan edir ki, yeni yaranan Rusiya Azərbaycan Təşkilatları İttifaqının rəhbərliyi ilə Ermənistan-Azərbaycan münaqişəsi, «erməni soyqırımı»nın tanınması, Rusiyada yaşayan azərbaycanlılar və ermənilər arasında münasibətlərin gələcək perspektivləri mövzusunda xüsusi görüş keçirəcək. Abramyan hətta Rusiya Rusiya Prezidenti Administrasiyasının adından danışmağa belə özündə cəsarət tapır və bəyan edir ki, «Kremlin köməkliyi ilə bütün bu məsələlər tezliklə həll olunacaq».
Ara Abramyanın bu fikirləri diqqətin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə ilə bağlı Rusiyanın apardığı və iflasa uğratdığı missiyadan yayındırılmasına xidmət edə bilər. Bu ehtimalı istisna etmək olmaz. Ancaq bu ehtimalın belə təhlükəli tendensiyalara yol açağı şübhə doğurmur. Təsəvvür edək ki, belə bir görüş baş tutur və görüşdə iştirak edən tərəflər bir sıra məsələlərlə bağlı ortaq məxrəcə gəlirlər. Ermənilər isə fürsətdən istifadə edib manevr xarakterli konstruktiv təkliflər səsləndirir, rəsmi İrəvan və Ara Abramyanın qeyri-rəsmi sözçülük etdiyi Rusiya Prezidentinin Adminstrasiyası prosesi dəstəklədikləri barədə bəyanat verir, Rusiya Azərbaycan Təşkilatları İttifaqı adlanan qurumun «əlaqələndirici» missionerlərini az qala danışıqlar prosesində razılığa gəlinməsi mümkün olan tərəf kimi təqdim və təbliğ etməyə başlayırlar. Bu avanturanın real siyasi proseslərə nə dərəcədə təsir edə biləcəyi müzakirə və ya mübahisə predmeti ola bilər. Şübhəsiz! Amma ekstrimal vəziyyətlərdə kimin necə mövqe sərgiləyəcəyini müəyyənləşdirmək çox çətindir…»

Geri dön