Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı Dövlət Universiteti: həftə ərzində bakalavriat pilləsində 14 mindən çox tələbə onlayn imtahan verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Mədəniyyət > Bakı Dövlət Universiteti: həftə ərzində bakalavriat pilləsində 14 mindən çox tələbə onlayn imtahan verib

Bakı Dövlət Universiteti: həftə ərzində bakalavriat pilləsində 14 mindən çox tələbə onlayn imtahan verib


Bakı Dövlət Universitetində (BDU) yaz semestrinin onlayn imtahan sessiyasının üçüncü həftəsi başa çatıb.

BDU-dan bildirilib ki, iyunun 25-də bakalavriat pilləsində təhsil alan 214 qrup üzrə 4598 (263 nəfəri “SABAH” qrupları olmaqla), qiyabi şöbədə 23 qrup üzrə 278 tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 50 ixtisaslaşmada 18 fənn üzrə 153 magistrant imtahan verib. BDU-nun Qazax filialında isə 366 tələbə imtahanlarda iştirak edib.

İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib. Bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

Qeyd edilib ki, üçüncü həftə ərzində BDU-da bakalavriat pilləsində təhsil alan 638 qrup üzrə 14008 tələbə, magistratura pilləsində 247 ixtisaslaşmada 126 fənn üzrə 831 magistrant, BDU-nun Qazax filialında isə 1389 tələbə imtahanlarda iştirak edib.

İmtahan sessiyası iyulun 10-da yekunlaşacaq.

Geri dön