Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehran əhalisinin 20%-ə qədərinin koronavirusa yoluxduğu ehtimal edilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tehran əhalisinin 20%-ə qədərinin koronavirusa yoluxduğu ehtimal edilir

Tehran əhalisinin 20%-ə qədərinin koronavirusa yoluxduğu ehtimal edilir


Bu barədə məlumat yayan Tehran şəhərinin Koronavirusla Mübarizə üzrə Qərargahının komandanı Əlirza Zali rəqəmin aparılan araşdırmalara əsasən təxmin edildiyini deyib.


O qeyd edib ki, paytaxtda infeksiyaya ən çox yolunma 4-cü mikrorayon ərazisində müşahidə edilir. Ən çox yoluxma sayına görə növbəti sıralarda 2-ci, 14-cü və 5-ci mikrorayonlar qərarlaşıb. Ən az yoluxma sayı isə 21 və 22-ci mikrorayonların payına düşür.


Tehranın ən çox əhalisi olan 4-cü mikrorayonu isə koronavirusdan ölənlərin sayı baxımından ilk pillədə qərarlaşıb. Bu sahədə növbəti yerlərdə 14, 2 və 5-ci mikrorayonlar gəlir.


Əlirza Zali həmişə olduğu kimi, bu dəfə də rəqəmləri açıqlamasa da, son 24 saat ərzində paytaxt ərazisində yoluxma sayında kəskin artım olduğunu deyib.


Qeyd etmək lazımdır ki, bu günə olan rəsmi statistikalara əsasən, indiyədək İranda 10239 nəfər koronavirusdan dünyasını dəyişib, 217724 nəfər isə xəstəliyə yoluxub.

Geri dön