Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda hakimiyyət daxili qarşıdurma dərinləşir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > İranda hakimiyyət daxili qarşıdurma dərinləşir

İranda hakimiyyət daxili qarşıdurma dərinləşir


Son günlər xarici mətbuatda İranda daxili qarşıdurma və intriqaların güclənməsi ilə bağlı məlumatlar daha çox gündəmə gəlməyə başlayıb.Xüsusilə də, prezident Mahmud Əhmədinejad ilə ali dini lider Seyid Əli Xameneyi və Ali Məhkəmə sədri Sadiq Laricani arasında münaqişə yaranıb.

İran prezidenti Mahmud Əhmədinejad ölkənin Ali Məhkəməsinin sədri Sadiq Laricani arasındakı yazışma və Əhmədniejadın Laricənin ona göndərdiyi gizli məktuba açıq məktubla cavab verməsi də, bu münaqişənin əlamətlərini bir daha göz önünə sərir.

Məktubda deyilir: "Üzərinə "tam məxfi" möhürü vurduğunuz məktubu oxudum və bir daha əmin oldum ki, vəzifənizi düz icra etmirsiniz. Çünki burada xalqdan gizlədiləcək heç nə yoxdur. Xatırlatmaq istəyirəm ki, İran İslam Cümhuriyyəti Konstitusiyasına əsasən, prezident rəhbərdən sonra ən yüksək məqamdır və qanunların icrasına görə bilavasitə məsuliyyət daşıyır. Yazmısınız ki, ölkədə iqtisadi problemlər olduğu halda mənim Evin zindanına baş çəkməyim məsləhət deyil. Məncə məhz iqtisadi problemlərin həll olunması üçün, ilk növbədə, iqtisadi cinayətlərlə necə mücadilə edildiyinə baxmaq lazımdir".

Məktubun başqa bir bəndində yazılır: “Siz, həbsxanaya getmək üçün Ali Məhkəmədən icazə almalı olduğumu, indiki şəraitdə bunun məsləhət olmadığını, mənim yaxınlarımdan birinin (yəgin ki, muşavirim Cavanfikri nəzərdə tutursuz) həbsxanada olduğu üçün ora getməyimin siyasi addım olacağını və "cinayətkara himayə" kimi başa düşüləcəyini yazırsınız..

Hansı əsasla qanunun icrasına siyasi şərh verirsiniz? Siz şəxsi rəyinizə əsasən hökm edə bilərsinizmi? Mənə çox rahatlıqla "cinayətkara himayə" ittihamı atırsınız. Düzdür, mən Cavanfekrə çıxarılmış hökmü ədalətsizlik kimi qəbul edirəm, amma o artıq cəzalandırılıb və həbsxanadadır. Düşünürəm ki, bu ölkənin prezidentinə böhtan atılırsa, Allahdan başqa köməyi olmayan xalqın amanda olduğunu təsəvvür etmək olmur. Nəhayət, bildirmək istəyirəm ki, qanun əsasında mütləq həbsxanaya və bəzi məhkəmələrə baş çəkib qanunun necə tətbiq olunduğunu görüb, ali məqamlı rəhbərə və böyük xalqımıza çatdıracağam”.

İranda gələn il seçkilər olacaq və seçkilərqabağı münasibətlərin bu səviyyədə gərginləşməsi anlaşılandır:

“Mahmud Əhmədinejadın itqisadi siyasəti İrana çox zərbə vurdu. Digər tərəfdən, onun xarici siyasətdə atdığı addımlar bu dövləti bütün dünyaya düşmən etdi. Belə olduğu halda, İran ətrafındakı sanksiyalar zəncirini yumşaltmaq və ölkədə getdikcə dərinləşən maliyyə böhranını aradan qaldırmaq üçün Əhmədinejada müxalif olan qüvvələr hərəkətə keçiblər. Onu deyim ki, bu qüvvələr kifayət qədər imkanlara və rıçaqlara malikdirlər və ciddi proqramla çıxış edirlər. Mahmud Əhmədinejadın getməsi ilə bağlı artıq şübhə qalmayıb, hakimiyyət dəyişikliyi labüddür”
Mənim fikrimcə, Əhmədinejada qarşı yönələn ittihamlar yalnız Qərbin narazılığından və təzyiqlərindən doğmur: “Texnokrat çevrələrdə ölkənin daxili vəziyyətini yaxşılaşdırmaq və xaricdən gələn təzyiqləri azaltmağın yolları araşdırılır. Hazırkı hakimiyyətin isə imkanları tükənib. Və düşünmürəm ki, Əhmədinejad bu az vaxt ərzində ciddi dəyişikliklər edə biləcək. Əksinə, onun ətrafındakı dairə daha da daralır və zaman onun ziyanına işləyir. Digər tərəfdən isə ABŞ (Amerika Birləşmiş Ştatları) rəhbərliyi İrana hücumlar barədə götür-qoy edir. Tehranda ciddi dəyişikliklərə ehtiyac var və Əhmədinejaddan narazı qüvvələr Qərbi razı salmaq üçün yox, məhz İranı xilas etmək naminə alternativ platforma ortaya qoymaq istəyirlər”.

Qeyd etdim ki, Laricani və Xameneyi də Qərbə qarşı yumşaq mövqedə deyil: “Ola bilər ki, onlar hakimiyyətdə öz uyğun bildikləri fiquru gətirəndən və ya parlament cümhuriyyəti formalaşdırandan sonra Qərbə qarşı daha barışmaz siyasət götərsinlər. Amma bu, sonrakı məsələdir və hazırda ölkəni Əhmədinejadın saldığı durumdan çıxartmaq əsas vəzifədir. Hər halda, reallıq onu göstərir ki, bundan sonra İranın siyasi dairələrində xarici siyasətlə bağlı məsələlərdə ehtiyatlı davranmaq lazımdır”.

MDHP_GAD

Geri dön