Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbil əyalətində 24 yeni koronavirusa yoluxma halı aşkarlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbil əyalətində 24 yeni koronavirusa yoluxma halı aşkarlanıb

Ərdəbil əyalətində 24 yeni koronavirusa yoluxma halı aşkarlanıb


İyunun 26-sı axşam saatlarında bu barədə mediaya açıqlamasında məlumat yayan Ərdəbil Tibb Universiteti rektorunun müavini Məhəmmədrza Rzayi Bəna deyib ki, xəstələrdən 17-si Ərdəbildə, 2-si Parsabadda, 3-2 Meşkinşəhrdə, 2-si isə Xalxal şəhərində “Covid-19” infeksiyasfına yoluxub: “Hazırda Ərdəbil əyalətinin müxtəlif xəstəxanalarında xəstəliyə yoluxun 122 nəfər müalicə alır. Onlardan isə vəziyyəti ağır olan 34 nəfəri reanimasiya şöbələrində saxlanılır.


Son bir sutka ərzində həmçinin pandemiyə xəstəliyinə yoluxan 1 nəfər həyatını itirib, 8 nəfər isə tam sağalaraq evə buraxılıb. Təəssüflər olsun ki, Ərdəbil əyalətində koronavirusa yoluxanların sayı artmaqda, xstəxanalar isə xəstələrlə dolmaqdadır.


Məhz bunu nəzərə alaraq, hesab edirik ki, pandemiya xəstəliyinin yayılmasının qarşısını almaq üçün əyalət sakinləri gigiyena qaydalarına tam riayət etməli, başqalarından məsafə saxlamalı, əllərini tez-tez sabunla yumalı, maska taxmalı, ictimai məkanlardan uzaq gəzməlidirlər” -deyə, Ərdəbil Tibb Universiteti rektorunun müavini Məhəmmədrza Rzayi Bəna əlavə edib.

Geri dön