Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı milli fəal Meysəm Colani məhkəməyə çağırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı milli fəal Meysəm Colani məhkəməyə çağırılıb

Güney azərbaycanlı milli fəal Meysəm Colani məhkəməyə çağırılıb


Məlumata əsasən, Colaninin apelyasiya şikayətinə Ərdəbil İkinci Cəza Məhkəməsinin 102-ci şöbəsində baxılacaq. Çağırış vərəqəsinə əsas, fəal iyunun 30-da yerli vaxtla saat 09:00-da məhkəməyə müraciət etməlidir.





“İğtişaş yaratmaqla ictimai nizam-intizamı pozmaq”da günahlandırılıan Colani Ərdəbil İkinci Cəza Məhkəməsinin 102-ci şöbəsi tərəfindən 6 ay həbs və 74 şallaq cəzasına məhkum edilib. Məhkəmə milli fəal barəsində qiyabi olaraq hökm çıxarıb.

Colani iyunun 15-də Ərdəbil Məhkəməsinin çıxardığı cəza ilə bağlı Apelyasiya Məhkəməsinə şikayət edib.





Ərdəbil sakini olan milli fəal 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə saxlanılmışdı. O, bir müddət nəzarət altında qaldıqdan sonra mülki zəmanət qarşılığında sərbəst buraxılıb.





Meysəm Colani tanınmış güney azərbaycanlı milli-mədəni fəallardandır. O, bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.





Son həftələrdə İranda güney azərbaycanlılara qarşı təhlükəsizlik qüvvələri və məhkəmə orqanları tərəfindən təzyiqlər artıb. Hazırda milli fəallar Lətif Həsəni, Abbas Lisani, Tövhid Əmir Əmini, Cəfər İsmayılzadə və oğlu Milad İsmayılzadə, Yunis Qulizadə, Əmir Səttari, Cəfər Rüstəmirad, Kiyanuş Aslani, Yusif Kari və Ruzbeh Piri həbsdə saxlanılır.

Geri dön