Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İsrail qırıcılarının Suriyada gerçəkləşdirdiyi iki hava hücumunda İrana bağlı 15 hərbçi həlak olub
İsrail qırıcılarının Suriyada gerçəkləşdirdiyi iki hava hücumunda İrana bağlı 15 hərbçi həlak olub |
Bu barədə, Suriya İnsan Haqları Monitorinq Qrupu iyunun 28-də məlumat yayıb. Hər iki hücum, “Sepah” terror təşkilatının “Qüds” briqadası komandanı İsmayıl Qaaninin Suriya olduğu bir vaxtda həyata keçirilib.
Yayılan məlumata əsasən, İsrail qırıcılarının ilk hücumu iyunun 27-si axşam saatlarında Suriyanın “Əlbukamal” məntəqəsinin yaxınlığında yerləşən “Əl-Abbas” kəndi ətrafında baş verib. Belə ki, İranın hərbi mövqeləri raket atəşinə tutulub. Hava hücumu nəticəsində “Sepah”a bağlı 6 muzdlu hərbçi yerindəcə məhv edilib. Məlumatda bildirilir ki, İsrail qırıcılarının eyni məntəqəyə ikinci hava hücumu, ilk hücumdan bir neçə saat sonra, iyunun 28-i sübh saatlarında gerçəkləşdirilib. Bölgədəki hərbi mövqelərin bombardman edilməsi nəticəsində İrana bağlı daha 9 hərbçi həlak olub. Bununla da son bir gün ərzində İsrail qırıcılarının Suriyanın “Əlbukamal” məntəqəsində “Sepah” mövqelərinə qarşı endirdiyi hava zərbələri nəticəsində həlak olan İrana bağlı muzdlu hərbçilərin sayı 15 nəfərə çatıb. Yayılan məlumatda hava zərbələri nəticəsində məhv edilən muzdlu hərbçilərdən neçəsinin İran vətəndaşı olduğu açıqlanmayıb. Qeyd edək ki, İsrail ordusu son aylar Suriyada Bəşər Əsəd rejiminə və "Sepah" terror təşkilatına məxsus hərbi mərkəzləri dəfələrlə bombardman edib. Hava hücumları nəticəsində "Sepah”ın və Əsəd rejiminin yüzlərlə muzdlusu həlak olub. Geri dön |