Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı müğənni yaranan məhdudiyyətlərə görə musiqini buraxmağa məcbur olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı müğənni yaranan məhdudiyyətlərə görə musiqini buraxmağa məcbur olub

Güney azərbaycanlı müğənni yaranan məhdudiyyətlərə görə musiqini buraxmağa məcbur olub


Müğənni bu barədə öz İnstagram səhifəsində məlumat yayaraq yazıb:

“Dörd yandan daraşıb ac cənazələr, kimə acıqlanım, kimə dillənim. Allaha şükür edirəm ki, qeyrətimi və şərəfimi pula satmadım, hər zaman nəfsimi saxladım, baş əymədim və inancımdan vaz keçmədim. Bəlkə də buna görə görünməyimi istəmədilər.”





Gənc müğənni 2018-ci ildə keçirmək istədiyi türkcə konsertə icazə verilmədiyi üçün gitarasını yandırmışdı. Bununla da konsertə icazə verməyən Ərdəbil əyaləti İslami İrşad və Mədəniyyət İdarəsinə öz etirazını bildirmişdi: “Mən türkcə konsert üçün icazə istəyirəm, məsullar bu tələbdən qarın ağrısına düşür...Nə üçün ana dilimdə musiqiyə və konsert keçirməyə icazə verilmir?! Bu vəziyyətə etiraz olaraq sazımı yandırıram, bundan sonra da heç vaxt Ərdəbildə konsert verməyəcəyəm”.





Keyvani Güney Azərbaycanda tanınıb-sevilən müğənnilərdən biridir, onun əksər mahnıları vətənpərvərlik mövzusundadır.

İranda azərbaycanlı müğənnilərin əksəriyyəti konsert keçirmək üçün oxşar problemlə üzləşir. İslami İrşad və Mədəniyyət İdarəsi Azərbaycan şəhərlərində fars dilində konserti dəstəklədiyi halda, azərbaycanlı müğənnilər bir çox problemlə üzləşir.

Geri dön