Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda koronavirus testinin götürülməsinə məhdudiyyət qoyulub
İranda koronavirus testinin götürülməsinə məhdudiyyət qoyulub |
Onun sözlərinə görə, artıq testlər 60 yaşdan yuxarı və ya xüsusi risk qrupundan hesab edilən şəxslərdən götürüləcək.
Bu göstərişi Səhiyyə Nazirliyi verib. Qərara səbəb kimi test təchizatları əldə etməkdə maneələr, yaxma götürülməsində çətinlik və yaxma götürülməsi zamanı xəstəlik keçmə riski göstərilir. Beləliklə, bundan sonra İranda koronavirus testləri əsasən yan xəstəliyi də olan 60 yaşdan yuxarı şəxslərdən, hamilə qadınlardan, yoluxma əlamətləri olan məhkumlardan, narkomanlardan və sadalanan son iki qrupdan olan insanlarla münasibətdə olanlardan, habelə yoluxma əlamətləri müşahidə edilən xarici vətəndaşlardan götürüləcək. Xatırladaq ki, bir müddət öncə iranlı rəsmilər koronavirus testi və onunla bağlı tibbi təchizatlar baxımından heç bir çatışmazlıqlarının olmadığını iddia edirdilər. İndiyədək İranda 1 milyon 610 min 869 koronavirus testinin həyata keçirildiyi deyilir. Geri dön |