Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 420 nəfəri ötüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 420 nəfəri ötüb

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 420 nəfəri ötüb


Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadənin verdiyi məlumata əsasən, xəstəxanada müalicə alanlardan 256 nəfərinin koronavirus testi pozitiv çıxıb.

“İnfeksiyaya yoluxanlardan 155 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 51 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə əlavə edib.

Ağazadə həmçinin bildirib ki, son 24 saatda daha 11 nəfər koronavirusdan dünyasını dəyişib. Beləcə də Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının ümumi sayı 426 nəfərə çatıb.





Zəncan əyalətində isə son 24 saatda daha 28 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 1568 nəfərə çatdığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı isə 174 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1298 nəfərinin tam sağaldığını bildirib.

O həmçinin qeyd edib ki, hazırda koronavirusa yoluxan 62 nəfər reanimasiya şöbəsində müalicə alır.





Güney Azərbaycanın Ərdəbil əyalətində isə son 24 saatda 32 nəfər koronavirusa yoluxub. Ərdəbil Tibb Universitetinin rəis müavini Məhəmmədrza Rzayinin sözlərinə görə, hazırda əyalətdə xəstəliyə yoluxan 134 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 31 nəfəri reanimasiya şöbəsindədir.





Həmədan əyalətində də koronavirus infeksiyasına yoluxanların ümumi sayı 1956 nəfərə çatıb. Həmədan Tibb Universitetinin rektoru Rəşid Heydəri Müqəddəmin mətbuata verdiyi məlumata əsasən, Güney Azərbaycanın bu əyalətində koronavirusdan ölənlərin ümumi sayı isə 160 nəfərə çatıb.

Geri dön