Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ev şəraitində görmə qabiliyyətini yaxşılaşdırmaq üçün yeni üsul kəşf edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Ev şəraitində görmə qabiliyyətini yaxşılaşdırmaq üçün yeni üsul kəşf edilib

Ev şəraitində görmə qabiliyyətini yaxşılaşdırmaq üçün yeni üsul kəşf edilib


London Universitet Kollecinin əməkdaşları tünd qırmızı işıqla üç dəqiqəlik bir terapiyanın zəif görmə qabiliyyətini ciddi şəkildə yaxşılaşdıra biləcəyini müəyyən ediblər.

news.ru saytı xəbər verir ki, əməkdaşlar apardıqları tədqiqat zamanı 28-72 yaş arasında görmə problemi yaşamayan 12 kişi, 12 qadın olmaqla 24 nəfər seçiblər. Təcrübədən əvvəl, bütün iştirakçıların gözlərinin çubuqlar və konuslara həssaslığı sınaqdan keçirilib. Sonra onlara iki həftə boyu gündə üç dəqiqə baxılmalı 670 nanometr uzunluğunda olan tünd qırmızı şüalı kiçik diod işıqlı bir fənər verilib. Çubuqlar və konusların həssaslığı yenidən ölçüldükdən sonra 670 nanometr məsafədəki işığın gənc subyektlərə təsir etmədiyi məlum olub, lakin yaşı təxminən 40 və daha yuxarı olan iştirakçıların görmə qabiliyyətlərində ciddi yaxşılaşma müşahidə edilib.

Həmin yaşda təcrübədən keçənlərdə konusların rəng kontrastına göz həssaslığı (rəngləri tanıma qabiliyyəti) 20 faiz artıb. Ən əhəmiyyətli inkişaf rəng spektrinin mavi hissəsinə qarşı olub. Zəif işıqda görmək qabiliyyəti də artıb.

Alimlərin qənaətinə əsasən, yeni kəşf evdə göz terapiyasının inkişafına zəmin yarada bilər.

Geri dön