Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Sulduzda bir klinikanın işçiləri koronavirusa yoluxub
Sulduzda bir klinikanın işçiləri koronavirusa yoluxub |
Bu barədə, əyalətin Əmək və Sosial Müdafiə İdarəsinin Müalicə şöbəsinin müdiri Sadiq İsmayılzadə məlumat verib.
İsmayılzadə bildirib ki, Əmək və Sosial Müdafiə İdarəsinə bağlı olan klinikanın 30 əməkdaşından 16 nəfəri koronavirusa yoluxduqdan sonra həmin klinikanın fəaliyyəti dayandırılıb. “Klinikaya müraciət edən şəxslərin infeksiyaya yoluxmaması məqsədilə artıq iki gündür ki bu mərkəzin fəaliyyəti dayandırılıb,” deyə o əlavə edib. İsmayılzadə həmçinin qeyd edib ki, dezinfeksiya işlərinin aparılmasından sonra vəziyyətin normallaşdığı təqdirdə klinikanın fəaliyyəti yenidən bərpa olunacaq. Güney Azərbaycanın müxtəlif şəhərlərində çalışan tibb işçiləri dəfələrlə fərdi qoruyucu vasitələrin çatışmazlığından şikayətlənərək sağlamlıqlarının təhlükə altında olduğunu vurğulayıblar. Ötən həftə Şərqi Azərbaycan əyalətinin Səhiyyə Xidmətinin rəhbəri Məhəmməd Hüseyn Somi əyalətdə fəaliyyət göstərən 27 min tibb işçisindən 950 nəfərinin “Covid-19” infeksiyasına yoluxduğunu bildirmişdi. Onun sözlərinə görə, Şərqi Azərbaycan əyalətində 3 həkim, 4 tibb bacısı koronavirusdan dünyasını dəyişib. Geri dön |