Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehranda tibb mərkəzində baş verən güclü partlayışda 19 nəfər ölüb, 14 nəfər xəsarət alıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tehranda tibb mərkəzində baş verən güclü partlayışda 19 nəfər ölüb, 14 nəfər xəsarət alıb

Tehranda tibb mərkəzində baş verən güclü partlayışda 19 nəfər ölüb, 14 nəfər xəsarət alıb


Hadisə, iyunun 30-u yerli vaxtla axşam saat 20:46 radələrində baş verib. Beş mərtəbəli klinikanın cərrahiyyə və əməliyyat otağında 3 oksigen və qaz balonunun bir-birinin ardınca partlaması nəticəsində binada yanğına səbəb olub, dağıntılara yol açıb. Partlayışın qaz sızması nəticəsində baş verdiyi təxmin edilir.


Partlayış nəticəsində 19 nəfər həyatını itirib, ən azı 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Tehranın Təcriş xəstəxanasına yerləşdirilib. Bildirilir ki, partlayışda və yanğında ölənlərin 4-ü kişi, 15-i isə qadındır.


Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürərək, binanda ilişib qalan və ölüm təhlükəsi ilə üz-üzə qalan 20 nəfəri xilas ediblər.



Tehran hüquq-mühafizə qüvvələri komandanının müavini Həmid Hodavənd baş vermiş olayla bağlı mediaya açıqlamasında partlayışın səbəbinin polis və Yanğınsöndürmə Təşkilatı ekspertləri tərəfindən araşdırıldığını bildirib.

Geri dön