Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda 1 gündə 417 nəfər koronavirusa yoluxub
Şərqi Azərbaycanda 1 gündə 417 nəfər koronavirusa yoluxub |
Bu barədə, Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi məlumat verib.
Somi həmçinin bildirib ki, ötən gün Şərqi Azərbaycan əyalətində 7 nəfər koronavirusdan ölüb. Tibb Universitetinin rektoru əlavə edib ki, öncəki həftədə koronavirus qurbanlarının sayı orta hesabla gündə 8-9 nəfər olub. Somi əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 18 min 667 nəfərə çatdığını bildirib. “koronavirusa yoluxanların 50 faizi, bu xəstəlikdən ölənlərin isə 10 faizi 50 -dən aşağı yaş kateqoriyasına daxildir,” deyə o artırıb. Onun sözlərinə görə, hazırda Şərqi Azərbaycan əyalətində 733 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. “İnfeksiyaya yoluxanlardan 185 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 111 nəfəri ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Somi əlavə edib. Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində də 822 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadənin verdiyi məlumata əsasən, xəstəxanada müalicə alanlardan 306 nəfərinin koronavirus testi pozitiv çıxıb. “İnfeksiyaya yoluxanlardan 155 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 50 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya aparatına bağlıdırlar,” deyə Ağazadə qeyd edib. Ağazadə həmçinin bildirib ki, son 24 saatda daha 165 nəfər koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirilib. Zəncan əyalətində isə son 24 saatda daha 40 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 1644 nəfərə çatdığını bildirib. Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı isə 180 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1328 nəfərinin tam sağaldığını bildirib. O həmçinin qeyd edib ki, hazırda koronavirusa yoluxan 542 nəfər xəstəxanalarda müalicə alır. Güney Azərbaycanın Ərdəbil əyalətində isə son 24 saatda 26 nəfər koronavirusa yoluxub. Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmmədrza Rzayinin sözlərinə görə, hazırda əyalətdə xəstəliyə yoluxan 145 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 30 nəfəri reanimasiya şöbəsindədir. Rzayi son 24 saatda 1 nəfərin koronavirusdan öldüyünü bildirib. Geri dön |