Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda koronavirusdan müalicə alanların sayında yeni rekord: 853 nəfər
Qərbi Azərbaycanda koronavirusdan müalicə alanların sayında yeni rekord: 853 nəfər |
Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə bu rəqəmin pandemiyanın başlanmasından bəri rekord göstərici olduğunu bildirib.
Ağazadənin verdiyi məlumata əsasən, xəstəxanada müalicə alanlardan 328 nəfərinin koronavirus testi pozitiv çıxıb. “İnfeksiyaya yoluxanlardan 49 nəfərin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə qeyd edib. O, vəziyyətin növbəti günlərdə daha da ağırlaşacağını bildirib. Zəncan əyalətində isə son 24 saatda daha 48 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayı haqqında məlumat verməsə də pandemiyanın başladığı gündən etibarən 5 min 365 nəfərin koronavirus şübhəsi ilə müalicə aldığını açıqlayıb. Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı isə 182 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1340 nəfərinin tam sağaldığını bildirib. O həmçinin qeyd edib ki, hazırda koronavirusa yoluxan 590 nəfər xəstəxanalarda müalicə alır. “Zəncanda hər gün orta hesabla 150-200 nəfərin koronavirus testi pozitiv çıxır, bunlardan 40-50 nəfəri vəziyyəti ağır olduğu üçün xəstəxanalara yerləşdirilir,” deyə Ağazadə bildirib. Güney Azərbaycanın Ərdəbil əyalətində isə son 24 saatda 21 nəfər koronavirusa yoluxub. Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmmədrza Rzayinin sözlərinə görə, hazırda əyalətdə xəstəliyə yoluxan 139 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 30 nəfəri reanimasiya şöbəsindədir. Rzayi son 24 saatda 1 nəfərin koronavirusdan öldüyünü bildirib. Geri dön |