Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Azərbaycan türkçülüyü ideyası - XXI - Yusif Çəmənzəminli
Azərbaycan türkçülüyü ideyası - XXI - Yusif Çəmənzəminli |
Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Çəmənzəminli: «Böyük türk irqinə mənsub olduğumuz üçün türk idarəsinin ədalətini saxladıq» XX əsrin birinci yarısında yaşamış Azərbaycan-türk mütəfəkkiri Yusif Vəzir Çəmənzəminli də bu dövrdə milli ideologiyanın aparıcı xətti olan Azərbaycan türkçülüyü ideyasının təşəkkülündə və inkişafında fəal şəkildə iştirak etmişdir. Belə ki, Çəmənzəminli ilk növbədə, diqqətini Azərbaycan türklərinin millət kimi formalaşması, ədəbi dilinin və ədəbiyyatının yaranması, eyni zamanda türklük və islamlığın vəhdəti məsələlərinə diqqəti yönəltmişdir. Dinə, o cümlədən islama münasibətdə Çəmənzəminlinin mövqeyi ondan ibarət idi ki, bu məsələdə iman və etiqad azadlığı olmalıdır. Yəni heç bir Azərbaycan vətəndaşı dini etiqadına görə hər hansı təzyiqə və zorakılığa məruz qalmamalı, ölkədə dini dözümlülülk hökm sürməlidir. Çəmənzəminli yazır: «Çünki din insan ilə Allahın əlaqəsinə dair bir şeydir. Din müqəddəs bir yoldur ki, insanın gizli sirlərini, dua və diləklərini Allahın hüzuruna aparır. Bu yolu hərə özünə bir növ təsəvvür edir. Din bir aləmdir ki, oraya dünya qanunlarının qarışmağı lazımsızdır. Allah ilə insanın arasına girmək insanın azadlığına xətər yetirir». Azərbaycan xalqının milli klimliyini tanıması, millət kimi formalaşması məsələsinə gəlincə, buna xüsusi diqqət yetirən Çəmənzəminli hesab edirdi ki, Azərbaycan türkləri başqa türk tayfaları, yəni türkmənlər, qırğızlar və s. ilə müqayisədə yad millətlərdən (fars və b.) daha çox özlərini qorumaq məcburiyyətində qalıblar. Yad millətlər, xüsusilə farslar Azərbaycan-türk mədəniyyətinə, ədəbiyyatına, dilinə və s. çox mənfi təsir göstərmiş, bunun da nəticəsində dilimizi, etnik mənşəyimizi unutmuşuq. Onun fikrinə görə, bundan qurtulmaq üçün: 1) dilimiz saflaşmalı; 2) ədəbi dil el ədəbiyyatından götürülməli; 3) musiqimiz türkləşməli; 4) qadınlara hüquqlar verilməli; 5) türk məktəblərinin sayı artırılmalı; 6) fars ədəbiyyatı türkcəyə çevirilməli; 7) milli dahilər təbliğ edilməli; 8) Azərbaycan türk tarixi yazılmalıdır. Dildə, mədəniyyətdə, fikirdə və s. türkçülük davası aparan Çəmənzəminli yazırdı ki, türklərin təbiətində heç vaxt kölələlik, yazıqlıq, qorxaqlıq və s. mənfi cəhətlər olmayıb. Türklük həmişə dağ kimi qüvvətli və qaya kimi möhkəm, fikirləri gün kimi parlaq, niyyətləri ulduzlar kimi yüksək olmuşdur. Bu fikirlərinin davamı olaraq Çəmənzəminli yazır: «Türk oğlu türk olun! Türklər heç vədə dünyanın şövkətli həyatından əl çəkib axirət yolu üçün çalışmayıblar. həmişə ağalıq ediblər. Şanlı yaşayış üçün qılınc vurublar. Bu fikrin doğruluğunu türk və islamın düşmənləri belə inkar etmirlər». Dil məsələsinə gəldikdə, o bildirirdi ki, Azərbaycanda dövlət dili türk dili olmalıdır. Çünki Azərbaycan əhalisinin çoxu türkdür. Yusif bəyin fikrinə görə, mədəniyyət sahəsində də ilk növbədə, ana dilimizin - Azərbaycan türk dilinin qayğısına qalmalıyıq. Çünki ana dilin tənəzzülü millətin tənəzzülüdür. Ona görə də, hər bir kəs türk dilini sevməli, bu dildə danışmağı eyib yox, fəxr hesab etməlidir. Bu baxımdan dil məsələsində osmanlı türk ləhcəsinin bütün türklərin ortaq dili olmasına qarşı çıxan Çəmənzəminli Azərbaycan türkcəsinə üstünlük verməsini isə, belə əsaslandırırdı: «Dilin birliyi üç-dörd adamın bir dildə yazmağı ilə olmaz: dil gərək işlənsin, mürurla gəlib birləşsin. Dil qayırmaq zəiflik sevməz, zor gücü də qəbul etməz. Dil öz kökü üstə bitər, qalxar, qol-qanad açar və bu asudəlik sayəsində də belə gözəl, zərif və geniş bir hala gələr ki, hamını heyran qoyar. Dilin kökü camaatımızın yaratdığı el ədəbiyyatındadır, gərək onlar toplansın, öyrənilsin, əzbərlənsin. Dil axtaran gərək camaatımızın arasında gəzsin, dolaşsın, öyrənsin». Beləliklə, Çəmənzəminli hesab edirdi ki, Azərbaycan türkləri osmanlı şivəsini tamamilə anlamadıqları üçün, ən doğru seçim Azərbaycan türkcəsində yazıb-yaratmaq və ata-baba dilimizə qayıtmaqdır. Onun fikrincə, böyük bir ərazidə yaşayan, dili bütün yad tayfalar üçün belə ortaq dilə çevrilən, eyni zamanda ədəbiyyatı, musiqisi, operası, teatrı və s. olan bir camaat «millət» adını daşımağa haqlıdır. Onun fikrincə, bu mənada Azərbaycan türklərinin siyasi «millət» kimi meydana çıxması isə, məhz 20-ci əsrin əvvəlləri ilə bağlıdır. Beləliklə, siyasi-ideoloji baxımdan M.Ə.Rəsulzadə, N.Yusifbəyli və b. kimi Azərbaycan türkçülüyü və milli istiqlal yolunu tutan Y.V.Çəmənzəminlinin fikrincə türk milləti artıq ayılmalıdır: «Əsrlərlə qılınc zərbəsi ilə istila olunub, millətlərin qan və göz yaşları ilə bir-birinə bitişdirilən torpaqlar başsızlıq sayəsində məhv olub gedir. Şəddadın zülmü ilə abad olunmuş imarəti uçur, dağılır. Böyük ölkə bir-birinə dəyir: Rusiyanın qiyaməti qopur. Geniş bir dövləti mərkəz bir orta idarəyə qadir deyil. Hökumətə gündə bir adam daxil olub, biri çıxır. Sabit idarə yox, nizam yox, qayda yox, əmin-amanlıq yox». Ona görə də, Çəmənzəminli hesab edrdi ki, artıq hansı cərəyanda təmsil olunmasından asılı olmayaraq bütün türklər Azərbaycan muxtariyyəti ideyası ətrafında birləşməlidir. Bu məqsədlə o, üzünü bolşevizmə meyilli «hümmətçilər»ə tutaraq yazırdı ki, marksizm-leninzmin əsil mahiyyətini onlar da bilməli və bolşeviklərin əli ilə millətin parçalanmasına yol verməməlidirlər: «Ey hümmətçilər! Ukraynanın cəmi firqələri ittifaq edib, Ukrayna muxtariyyətini yapdılar. Muxtariyyət olmasa, ölkə başsızlıq bəlasından xilas olmasa, orada firqə həyatı da olmaz. Bəs əqidə davası eyləmək zamanı deyil. Mərkəziyyəti öldürüb, yerində ədəmi-mərkəziyyət payidar edilməlidir. Milli idarə qoy çöl tərəfdən düzəlsin, sonra içini düzəltdikdə mübahisə edərik». Beləliklə, bolşevizmin əsl mahiyyətini dərindən anlayan Y.Vəzir haqlı olaraq yazırdı ki, bu cərəyan heç bir millət üçün, xüsusilə əsarətdən Beləlikakı as daşıyıcısı olan u türkdürö Azərbaycan məktəblərində işlənən türk dili olmalıdır.yenicə xilas olmuş millətlər üçün səadət gətirə bilməz: «Bolşevizmin sonu hərc-mərclikdir. Biz gərək bolşevizmin öz vətənimizə gəlməsinə bütün ciddiyyətimizlə manne olaq. Bunun qarşısını almaq üçün bolşevizmi doğura biləcək ədalətsizliyi məmləkətimizdən rəf və dəf etməliyiz. Bolşevizm aclıqdan və səfalətdən çıxar. Bunun üçün millətimizin əksəriyyətini təşkil edən fəhlə və kəndçi sinfinin iqtisadi həyatını yoluna qoymalı, torpaq məsələsi onlara əlverişli bir surətdə həll edilməlidir». Başqa sözlə, bolşeviklikdə quruculuq yox, dağıdıcılıq var. Çünki bolşeviklərin şuarı belədir: «Yaxmaq, yıxmaq və öldürmək!» . Bu dövrdə o, milli ideyanın əsas daşıyıcısı olan «Müsavat»ın milli istiqlal yolundakı öncüllüyünü görür və gəncləri bu siyasi qurum ətrafında toplanmağa çağırırdı: «Ey cavanlar! Ədəmi-mərkəziyyət fikrinin başında toplaşın. "Müsavat" firqəsinə yazılın. Yatmışları oyadın. Onları federasiyon nuru ilə işıqlandırın! Durmaq zamanı deyil. Bir mərkəzə tabe Rusiya uçurum qarşısında durub, bizi də çəkib aparmaq istəyir. Məmləkəti bu haldan qurtarın; onun idarə ixtiyarının bir hissəsini Qafqaza gətirib öz əlinizə alın». O, birmənalı şəkildə yazırdı ki, Azərbaycanda hakimiyyəti ələ almaq yalnız milli istiqlal ilə olur. Bundan başqa, ikinci yol yoxdur. Azərbaycan Cümhuriyyəti dövründə də milli ideyanın fəal təbliğatçılarından olan Çəmənzəminli yazırdı ki, dünyada hər bir dövləti təşkil edən üç amidir: torpaq, millət və hakimiyyət. Bu gün Azərbaycanda bu üç amil mövcud olduğu üçün Azərbaycan müstəqil bir məmləkətdir. O daha sonra qeyd edirdi ki, Azərbaycan Cümhuriyyəti bir türk dövləti və türk hökuməti olsa da, başqa etnik qruplara da doğma yanaşır: «Böyük türk irqinə mənsub olduğumuz üçün türk idarəsinin ədalətini saxladıq. Bu gün vətənimizdəki xırda millətlər bizimlə bərabər yaşamaqdadırlar; bunların hüququ heç bir qanun ilə təhdid olunmayıb və olunmayacaqdır. Hökumətimiz ədalət hökmranlığını daimi surətdə təmin etməyə çalışacaqdır». Eyni zamanda, Çəmənzəminli Azərbaycan Cümhuriyyətinin milli dövlət olmaqla bərabər, demokratik məmləkət olmasını sübut etmək üçün yazırdı ki, Azərbaycan birinci islam məmləkəti kimi qanunların icrasında və məhkəmə işlərinin həyata keçirilməsində şəriətə ehtiyac duymur: «Burada Rusiya və Avropada məşhur olan qanun məhkəməsi daha da ədalətli şəkildə qoyuldu. Millətlər, cinslər və siniflər bərabərliyi də felən tanındı». Qeyd edək ki, Çəmənzəminli Azərbaycan türkçülüyü ideyasının tərkib hissəsi kimi, Azərbaycan türk tarixinin, Azərbaycan türk fəlsəfəsinin, Azərbaycan türk mədəniyyətinin və sair araşdırılmasında, qələmə alınmasında mühüm işlər görmüşdür. O hesab edirdi ki, milli dövləti qorumaq və yaşatmaq üçün, ilk növbədə onun elmi əsasaları işlənib hazırlanmalıdır. Bütün dünya millətləri bilməlidir ki, Azərbaycan Cümhuriyyəti gənc bir dövlət olsa da, onun şanlı dövlətçilik ənənəsi, mədəniyyəti, fəlsəfəsi, ədəbiyyatı və s. olmuşdur. Bu baxımdan Y.Vəzirin 1920-1921-ci illərdə qələmə aldığı «Tarixi, coğrafi və iqtisadi Azərbaycan» əsəri, xüsusilə diqqətə layiqdir. Maraqlıdır ki, Çəmənzəminli bu əsərini «əziz yoldaşımız və böyük mürşidimiz Məhəmməd Əmin Rəsulzadəyə sevgi ilə ithaf etdiyi»ni bildirmişdi. Geri dön |