Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Zəncan əhalisinin 85%-i koronavirusa yoluxa bilər, xəstəxanalar böhran vəziyyətində
Zəncan əhalisinin 85%-i koronavirusa yoluxa bilər, xəstəxanalar böhran vəziyyətində |
Bu barədə, Zəncan Tibb Universitetinin rektor müavini Məhəmmədrza Sayini məlumat verib. O, qoruyucu maskadan istifadə, eləcə də fərdi gigiyena və sosial məsafə qaydalarına əməl etməyin infeksiyanın yayılmasının qarşısını almaq üçün ən uyğun vasitə olduğunu qeyd edib.
Zəncan Tibb Universitetinin təcili yardım mərkəzinin direktoru Əsgər Cəfəri də əyalət xəstəxanalarında böhran vəziyyətinin hakim olduğunu deyib. “Hazırda əyalətdəki koronavirus xəstələrini qəbul edən bütün xəstəxanalarda yerlər dolmaq üzrədir,” deyə o bildirib. Cəfəri əyalətdə fəaliyyət göstərən səhiyyə əməkdaşlarının “böyük insnai faciənin” qarşısını almaq üçün səfərbər olduğunu deyib. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş isə əyalətdə koronavirus infeksiyasının son günlərdə sürətlə yayıldığını bildirib. Onun sözlərinə görə, xəstəxanalara müraciət edənlərin, həmçinin reanimasiya şöbəsində müalicə alanların sayının sürətlə artması ciddi narahatlığa səbəb olub. “Əvvəllər hər xəstəxanada koronavirusdan müalicə alanların sayı 230 nəfər idisə bu rəqəm hazırda 500 nəfərə çatıb,” deyə Qızılbaş bildirib. Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayı haqqında məlumat verməsə də pandemiyanın başladığı gündən etibarən 5 min 365 nəfərin koronavirus şübhəsi ilə müalicə aldığını açıqlayıb. Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı 182 nəfərə çatıb. O həmçinin qeyd edib ki, Zəncanda hər gün orta hesabla 150-200 nəfərin koronavirus testi pozitiv çıxır, bunlardan 40-50 nəfəri vəziyyəti ağır olduğu üçün xəstəxanalara yerləşdirilir. Geri dön |