Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir
Təbrizdə Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir |
Məlumata görə, 200 illik tarixi abidə aidiyyəti qurumların laqeydliyi nəticəsində dağılmaq üzrədir.
Bəzi tədqiqatçıların fikrincə, Təbrizin 5 kilometrliyində yerləşən qüllənin ilkin salınma tarixi Səfəvilər dövlətinin son illərinə qayıdır. Qacarlar dövründə dövlət rəsmilərinə xələt vermə mərasimi bu məkanda keçirilirdi. “Xələtpuşan Qülləsi”nin yerləşdiyi ərazinin mülkiyyəti Təbriz Universitetinin Kənd Təsərrüfatı fakültəsinə verilib. Son illərdə kərpic memarlığının nadir nümunələrindən olana abidədə Təbriz Universiteti tərəfindən təmir-bərpa işlərinin aparılması barədə xəbərlər yayılmışdı. Azərbaycanın tarixi məkanlarının tədricən məhv edilərək sıradan çıxarılması prosesi sistemli şəkildə müxtəlif şəhər və kəndlərdə həyata keçirilir. Şərqi Azərbaycan əyalətinin Mədəni Miras, Əl İşləri və Turizm idarəsinin müavini Əlirza Quçinin verdiyi məlumata görə, Azərbaycanın ən qədim şəhərlərindən olan Təbrizin tarixi strukturunun 90 faizi tamamilə məhv edilib. Geri dön |