Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Allergik təsiri olmayan sabun və şampunlar körpələrin dərisinə daha uyğundur
Allergik təsiri olmayan sabun və şampunlar körpələrin dərisinə daha uyğundur |
Uşaqların sağlamlığı həm də gigiyenik qaydalara əməl edilməsindən asılıdır. Analar bu sahədə daha həssas olurlar, lakin təmizlik vasitələrindən istifadə zamanı hansı məsələlərə diqqət yetirilməsini bilmək çox vacibdir. Balacaların dərisi zərif və həssas olduğuna görə yalnız onlar üçün istehsal edilən məhsullara üstünlük verilməlidir.
Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: “Uşaq dərisi üçün ən çox nəmləndirici xüsusiyyətə malik olan kremlərdən istifadə etmək məsləhətdir, lakin gərək onların da tərkibində heç bir qatqı və hormonal maddələr olmasın. Tərkibi A və E vitaminləri ilə zəngin olan başqa kosmetik vasitələrdən də istifadə etmək olar”. Mütəxəssislər bildirirlər ki, şampun, sabun və digər təmizlik vasitələri uşağın dərisinə uyğun seçilməlidir. Həkim-dermatoloq qeyd edib ki, ilk növbədə, sabunu və ya maye sabunu köpük halına gətirəndən sonra körpənin dərisinə sürtmək lazımdır, çünki birbaşa təmas uşağın dəri səthinin qoruyucu funksiyasını aşağı sala bilər. Bundan başqa, ən çox quru dərisi olan uşaqlar üçün tərkibində qliserin, vazelin, kokos yağı və yaxud zeytun yağı olan sabunlardan istifadə edilməlidir. Yaş kateqoriyasını da nəzərə almaq çox əhəmiyyətlidir, çünki hər yaşa uyğun təmizlik vasitələrinin tərkibi fərqli olur. Körpələr üçün əlavə rəng qatqısı, allergik təsiri olmayan sabun və şampunlar daha məqsədəuyğundur. Tərkibində efir yağı olan təmizlik vasitələrindən isə uşağın 3 yaşından etibarən istifadə etmək olar. Sərt sabunlarla isə yalnız körpələrin əllərini yumaq məsləhətdir. Geri dön |