Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycan valisi: “Koronavirusa yoluxanların 92%-i sağalıb”
Şərqi Azərbaycan valisi: “Koronavirusa yoluxanların 92%-i sağalıb” |
Koronavirusun yayılmasının qarşısını almaq üçün əhalini pandemiya xəstəliyini ciddiyə almağa çağıran vali deyib ki, Şərqi Aərbaycanda xəstəliyin sürətlə yayılmasının əsas səbəblərindən biri, insanları gigiyena qaydalarına riayət etməməsi və qoyulan məhdudiyyətlərə əməl etməməsidir: “Şərqi Azərbaycanda koronavirisa yoluxan xəstələrin 92 %-i tam sağalıb və ya sağalmaqdadır.
Həmçinin indiyə qədər virus daşıyıcısı olmaqda şübhəli bilinən 50 min nəfərdən test nümunələri götürülüb və testlərin 35%-nin cavabı müsbət çıxıb. Bu isə 15 min nəfərin koronavirusa yoluxması deməkdir. Hazırda isə, infeksiyaya yoluxanlardan 750 nəfəri müxtəlif xəstəxanalarda müalicələrini davam etdirirlər. Ölənlərin sayı da 630 nəfərdir. Son iki-üç həftədə isə, koronavirusa yoluxanların sayı artmağa başlayıb. Belə ki, həmin müddətdə Şərqi Aərbaycan əyalətində hər gün 300-400 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib. Bu isə, ciddi nigaranlığa səbəb olub” -deyə, Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədra Purməhəmmədi bəyan edib. Geri dön |