Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbil əyalətində 39 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbil əyalətində 39 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb

Ərdəbil əyalətində 39 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb


Bu barədə, Ərdəbil Tibb Universiteti rektorunun müavini Məhəmmədrza Rzayi Bəna iyulun 4-də mediaya açıqlamasında məlumat yayıb.


O deyib ki, əyalətdə ötən bir gün ərzində koronavirusa yoluxan 39 nəfərdən 24-ü Ərdəbil şəhərində, 5-i Parsabadda, 7-si Meşkinşəhrdə, 3-ü isə Xalxalda qeydə alınıb: “Hazırda Ərdəbil əyalətinin müxtəlif şəhər və bölgələrinin xəstəxanalarında müalicələrini davam etdirən 170 xəstədən 30-u reanimasiya şöbələrində saxlanılır, 13-ü sağalaraq evə buraxılıb, 3-ü isə son bir sutkada həyatını itirib.


Təəssüflər olsun ki, vəziyyət belə getsə, koronavirus da bizimlə qalacaq və xəstəlikdən ölənlərin sayı gündən-günə artacaq. Sözsüz ki, toy və yas mərasimlərinin keçirilməsi də Ərdəbil əyalətində “Covid-19” infeksiyasının yayılmasına yardım edib. Bu isə yolverilməzdir və qarşısı alınmalıdır” -deyə, Ərdəbil Tibb Universiteti rektorunun müavini Məhəmmədrza Rzayi Bəna əlavə edib.

Geri dön