Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zəncanda daha 7 nəfər koronavirusdan ölüb, 36 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Zəncanda daha 7 nəfər koronavirusdan ölüb, 36 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

Zəncanda daha 7 nəfər koronavirusdan ölüb, 36 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb


Bu barədə, Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş iyulun 3-ü axşam saatlarında mediaya açıqlamasında məlumat yayıb.


O deyib ki, son bir sutka ərzində daha 7 ölüm faktının qeydə alınması ilə Zəncan əyalətində bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 192 nəfərə çatıb: “Zəncan əyalətində bu günə qədər koronavirus daşıyıcısı olaqda şübhəli bilinən 5 min 590 nəfərdən test nümunələri götürülüb və onlardan 1644 nəfərin test analizlərinin cavabı müsbət çıxıb.


Hazırda əyalət xəstəxanalarında pandemiya xəstəliyinə yoluxan 576 nəfər müalicələrini davam etdirir. Həmçinin bu günə qədər 1435 xəstədə tam sağalaraq evə buraxılıb” -deyə, Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əlavə edib.

Geri dön