Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ruhani maska taxmayanlara dövlət idarələrində xidmət göstərilməməsini istəyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ruhani maska taxmayanlara dövlət idarələrində xidmət göstərilməməsini istəyib

Ruhani maska taxmayanlara dövlət idarələrində xidmət göstərilməməsini istəyib


Bu istəyi Koronavirusla Mübarizə üzrə Qərargahın bu gün keçirilən iclasında səsləndirən Ruhani həmçinin Məhkəmə Sistemi və "Bəsic Qüvvələrin"i veriləcək qərarın tam icra edilməsinə nəzarət etməyə çağırıb.


O, həmçinin maska taxmamış dövlət qulluqçularının da iş yerlərinə buraxılmamasını istəyib.


İran Prezidenti həmçinin koronavirusa yoluxduğunu gizlədən vətəndaşları tənqid edərək, qərargahdan bu cür vətəndaşlara qarşı qanuni tədbirlər görməyi tələb edib. O, koronavirusa yoluxmasını ətrafındakı insanlara açıqlamağı "şəri vəzifə", bunu etməməyi isə "mədəni problem" adlandırıb.


Qeyd etmək lazımdır ki, aylar sonra nəhayət iyunun 5-də İranda ictimai məkanlarda tibbi maska taxmaq məcburi olacaq.


Son həftələr ərzində ölkə ərazisində Covid-19 infeksiyasına yoluxma və ondan ölmə halları yüksəldiyindən, bir çox iranlı rəsmi əlaqəli qurumları karantik rejimi qaydalarını pozan vətəndaşlara qarşı qanuni cəza tədbirləri görməyə çağırırlar.


İranın Səhiyyə Nazirliyinin rəsmilərinin dediklərinə görə, ölkənin bir çox bölgələrində insanların koronavirusa qarşı həssaslığı 90%-dən 20%-ə enib.


İran hökuməti son günlər ərzində maska taxmağı icbari etmək, eləcə də ənənəvi və dini mərasimləri ləğv etməklə, artım tempini aşağı salmağa çalışır.


Ötən gün İranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari koronavirusun yayılması baxımından ölkənin 14 əyalətində vəziyyətin çox ağır olduğunu deyib. Bununla belə, nazir müavini Qasım Canbabayi isə heç bir əyalətdə vəziyyətin yaxşı olmadığını bildirib.

Geri dön