Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Royal Dutch Shell şirkəti İrana olan borcunu taxılla ödəmək istəyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Royal Dutch Shell şirkəti İrana olan borcunu taxılla ödəmək istəyir

Royal Dutch Shell şirkəti İrana olan borcunu taxılla ödəmək istəyir


Böyük Britaniya və Hollandiyanın müştərək neft şirkəti olan “Royal Dutch Shell” İranın Milli Neft Şirkətinə olan borcunu taxılla ödəmək istəyir.

Tehrana qarşı iqtisadi sanksiyalar səbəbindən şirkət İrana olan 1,4 milyard dollar borcunu qaytara bilmir. Sanksiyalar kənd təəsrüfatı məhsullarını əhatə etmədiyi üçün yeni ödəmə yolları axtaran “Royal Dutch Shell” bu məbləğin qarşılığını taxılla ödəmək fikrindədir. Bunun üçün şirkət Böyük Britaniya, Hollandiya və ABŞ-dan razılıq alacağına ümid edir.

Qeyd edək ki, Avropa Birliyinin Tehrana qarşı neft sanksiyasına baxmayaraq, İrandan neft almağa davam edən “Royal Dutch Shell” borcunu ödəyə bilmir.

Geri dön