Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı milli fəal Əmir Səttari zindana geri dönməyəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı milli fəal Əmir Səttari zindana geri dönməyəcək

Güney azərbaycanlı milli fəal Əmir Səttari zindana geri dönməyəcək


İki il həbsdə saxlanılan fəal Təbriz zindanının hökmləri icra edən şöbəsinə müraciət etdikdən sonra barəsində çıxarılan 5 il həbs cəzasının qalan müddətinin icrasının təxirə salınıdığını öyrənib.





Qeyd edək ki, 2018-ci ilin yanvar ayı etirazlarında təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılan Səttari Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “milli təhlükəsizliyin əleyhinə toplaşma” ittihamı ilə 7 ay azadlıqdan məhrum edilmişdi.





O, 2018-ci il sentyabrın 18-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “rəhbəri təhqir etmək” ittihamı ilə yenidən 6 ay həbs cəzasına məhkum edildi. Təbriz İnqilab Məhkəməsinin 11-ci Hökmləri İcra edən Şöbəsi 2018-ci il payızın orta ayında (1397-ci ilin aban ayı) heç bir məlumat vermədən fəalın iki dosyesini birləşdirib.

Bundan sonra isə Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi çıxarılan hökmləri “qanun və şəriətə uyğun gəlməyən” qərar kimi qiymətləndirərək fəal barəsində çıxarılan və icra olunan 7 aylıq hökmü 5 illik həbs qərarı ilə əvəzləyib.





Sətttari yeni məhkəmə işinin açılması və ağır hökm çıxarılması ilə nəticələnən dosyesindəki iradlar və məhkəmə işinin ləngiməsinə etiraz olaraq 2019-cu ilində iyunun 10-da Təbrizin Mərkəzi Zindanında aclıq aksiyasına başlamış, məsulların onun irəli sürdüyü iddialara yenidən baxmaqla bağlı söz verdiyindən sonra iyunun 22-də aksiyasını dayandırmışdı.





Azərbaycanlı fəal dosyesindəki iradların təhlükəsizlik orqanlarının məhkəmə işinə müdaxiləsi nəticəsində əmələ gəldiyini bildirmişdi.

Geri dön