Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Abbas Lisaninin 15 illik həbs cəzasının təsdiqlənməsini qınayıb
Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Abbas Lisaninin 15 illik həbs cəzasının təsdiqlənməsini qınayıb |
Cəmiyyət yaydığı bəyanatda, İranın insan haqları təşkilatlarının azərbaycanlı fəalların ağır həbs cəzalarına məhkum edilməsi qarşısında susmamalarını tələb edib.
“Azərbaycan İnsan Hüquqları cəmiyyəti qəddarca olan bu hökmü qınayaraq İranın insan haqları təşkilatlarını və müxalifət qruplarını, eləcə də xaricdə fəaliyyət göstərən İran medialarını azərbaycanlıların saxlanılması və uzun müddətli həbslərə məhkum edilməsi xəbərlərini boykot etməməyə, bununla da azərbaycanlıların mədəni və sosial hüquqlarının İran İslam Respublikasının məhkəmə sistemi tərəfindən pozulmasına şərait yaratmamağa çağırır,” deyə bəyanatda vurğulanıb. Cəmiyyətin müdiri Dr.Jalə Təbrizi tərəfindən imzalanan bəyanatda Abbas Lisaninin İranda mədəni fəaliyyətin öncülərindən olduğu vurğulanaraq onun azərbaycanlıların milli hüquqları uğurunda apardığı 30 ilə yaxın dinc fəaliyyəti ərzində dəfələrlə həbsə, işgəncəyə və sürgünə məruz qaldığı bildirilib. Bəyanatda həmçinin qeyd edilib ki, İran təhlükəsizlik orqanları Abbas Lisanini həbs etdikdən sonra qeyri-insani addım ataraq fəalın ailəsinə iqtisadi baxımdan təzyiq göstərmək məqsədi ilə ona və oğluna məxsus iş yerlərini möhürləyib. Qeyd edək ki, Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi iyunun 4-də Ali Məhkəməyə müraciət etdikdən sonra məhkəmənin Ərdəbil Apelyasiya Məhkəməsinin milli fəala qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxladığını bildirib. Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb. Apelyasiya Məhkəməsi, birinci instansiya məhkəməsinin çıxardığı həbs cəzasını 2 il artırıb, 5 il həbs isə fəalın daha öncə məhkəmədə bəraət qazandığı ittihamlara görə verilib. Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və güney azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib və araşdırdırma apardıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilin Ettelaat İdarəsi, oradan isə Ərdəbilin Mərkəzi Zindanına aparıldığı məlum olmuşdur. Ərdəbil Prokurorluğu iddianamədə fəalı bir neçə ittiham, o cümlədən, “sistemə müxalif kütləvi informasiya vasitələrinə müsahibə verib çıxış etməklə Qərbi Azərbaycanda türkləri təhrik etmək”, “sözdə mədəni qrup adlanan GAMAC-da (təşkilatın əsas qolu) üzv olmaq, həmçinin onun yaradılması və idarəçiliyində iştirak etmək” və “sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmaq məqsədi ilə müxtəlif çıxışlar edib və sistemin əleyhinə olan mətbuat orqanlarına müsahibə vermək”də günahlandırmışdı. Abbas Lisani quraşdırılan son dosyesi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesini Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin tərkib hissəsi olduğunu bildirib. Koronavirus infeksiyasının zindanlarda geniş yayılmasına və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq 2019-cu il yanvarın 15-dən həbsdə saxlanılan Abbas Lisani hələ də həbsxanadan məzuniyyətə buraxılmır. Fəal yaxalandığı gündən Tehran əyaləti də daxil olmaqla Güney Azərbaycanın əksər şəhərlərində onun saxlanmasına qarşı müxtəlif formalarda etirazlar keçirilib. Qeyd edək ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatı Ərk uzun illərdir beynəlxalq qurum və təşkilatlarda Güney Azərbaycanda insan haqları sahəsində olan problemləri gündəmə gətirir. Geri dön |