Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir


Şərqi Azərbaycan əyalətinin Su İdarəsinin rəhbəri Yusif Qafarzadənin verdiyi məlumata əsasən, gölün su səviyyəsi 1271.66 metrə düşüb. O bildirib ki, su səviyyəsi hazırda keçən il ilə müqayisədə 10 santimetr azalıb.





Rəsmi məlumata əsasən, Urmiya gölü ətrafında yağıntılar keçən il ilə müqayisədə 28 faiz azalıb.





Həmçinin Urmiya gölündə suyun həcmi 4.53 milyard kubmetr olub. Ötən ilin analoji dövrü ilə müqayisədə 31 milyon kubmetr azalıb.





Gölün ərazisi isə hazırda 3 min 74 kvadrat kilometrdir.

Urmiya Gölünün Bərpası Qərargahının Qərbi Azərbaycan əyaləti üzrə ofisinin rəhbəri Fərhad Sərxoşun dediyinə görə, bu rəqəm keçən il ilə müqayisədə 66 kvadrat kilometrdir azdır.





Bəzi İran mətbuatı bu il Urmiya gölündə suyun səviyyəsinin ötən 10 il ərzində ən yüksək rəqəmə çatdığını iddia etmişdi.





Qeyd edək ki, son illərdə Urmiya gölünə axan çayların üzərində 30-dan çox bəndin tikilməsi, eləcə də gölün üzərində suyunun sirkulyasiyasının qarşısını alan 14 kilometr uzunluğunda yolun salınması nəticəsində dünyanın 3-cü ən böyük duzlu gölü sürətlə qurumağa başlayıb.

Geri dön