Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda baş verən yol qəzalarında ölən və yaralananlar var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanda baş verən yol qəzalarında ölən və yaralananlar var

Güney Azərbaycanda baş verən yol qəzalarında ölən və yaralananlar var


Zəncan Yol Polisi idarəsinin rəis müavini polkovnik Məhəmməd Əli Əziminin verdiyi məlumata görə, “Prayd” markalı minik avtomobili Qəzvin-Zəncan magistralında yoldan çıxaraq aşıb. Baş verən qəza nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib.





Əzimi həmçinin bildirib ki, ikinci yol-nəqliyyat hadisəsi Dərram kəndinin yolunda baş verib. Belə ki, “Prayd” və “Pejo 206” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb.





Ərdəbil Yol Polisi idarəsinin rəisi polkovnik Məhəmməd Səfəvi isə ötən 24 saatda əyalətdə ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsinin baş verdiyini açıqlayıb.





“Tiba” markalı minik avtomobili Nəmin vilayətinin sement zavodu üçyolunda aşıb. Hadisə nəticəsində avtomobilin sürücüsü qəza yerində dünyasını dəyişib, müxtəlif dərəcəli bədən xəsarətləri alan 2 nəfər xəstəxanaya yerləşdirilib.





Güney Azərbaycan yollarında təxminən hər gün insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

Geri dön