Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı tələbə Pərisa Rəfii Evin zindanına aparılıb
Güney azərbaycanlı tələbə Pərisa Rəfii Evin zindanına aparılıb |
Məlumata görə, İran həbsxanalarında koronavirusun geniş yayılmasına baxmayaraq Rəfii iyulun 7-də Tehranın Evin həbsxanasına köçürülüb.
22 yaşlı tələbə bundan əvvəl Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “ölkənin təhlükəsizliyini pozmaq niyyəti ilə sözləşmə və toplaşmada iştirak etmək”, “sistemin əleyhinə təbliğat aparmaq” və “ictimai nizam-intizamı pozmaq”da günahlandırılaraq 7 il həbs cəzasına və 74 şallaq zərbəsinə məhkum edilmişdi. Bundan əlavə, məhkəmə Rəfiinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub və hər hansı siyasi qrupa üzv olmaq hüququndan məhrum etmişdi. Daha sonra onun barəsində çıxarılan cəzalar bir il həbs ilə əvəz edilib. Zəncanlı tələbə 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısının önündə İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən yaxalanaraq Evin zindanının 209-cu korpusuna aparılmışdı. O, 23 gün təknəfərlik kamerada saxlandıqdan sonra martın 19-da mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Azərbaycanlı qız saxlandığı müddətdə “bakirəlik testi” və edam edilmə ilə təhdid edilib, ağır cismi və ruhi işgəncələrə məruz qalıb. Fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii Tehran Universitetində mədəni və qanuni fəaliyyətlərlə məşğul olub. Geri dön |