Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kirmanşah əyalətində koronavirusdan ölənlərin sayı 12 dəfə artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Kirmanşah əyalətində koronavirusdan ölənlərin sayı 12 dəfə artıb

Kirmanşah əyalətində koronavirusdan ölənlərin sayı 12 dəfə artıb


Bu barədə Kirmanşah Tibb Universitetinin rektoru Mahmudrza Muradi iyulun 7-də mediaya açıqlamasında məlumat yayıb.


O bildirib ki, Kirmanşah əyalətində ötən aylarla müqayisədə “Covid-19” infeksiyasndan vəfat edənlərin və xəstəliyə yoluxanların sayı gündən-günə artır: “Kirmanşah əyalətində ötən mart ayına nisbətən koronavirusdan ölənlərin sayı 12 dəfə artıb. Belə ki, əgər mart ayında hər iki gündə 1 nəfər koronavirus pandemiyasından ölürdüsə, Təəssüflər olsun ki, hazırda hər gündə 6 nəfər xəstəlikdən həyatını itirir.


Həmçinin, mart ayında əgər hər gün 32 nəfər xəstəliyə yoluxurdusa, hazırda bu rəqəm 109 nəfərə yüksəlib. Bununla da demək olar ki, iyunun 21-dən bu yana Kirmanşah əyalətinin müxtəlif şəhərlərində “Covid-19” infeksiyasından ölənlərin sayı 102 nəfərə, pandemiya yoluxucu xəstəliyinə tutulanların sayı da 1631 nəfərə yüksəlib” -deyə, Kirmanşah Tibb Universitetinin rektoru Mahmudrza Muradi əlavə edib.

Geri dön