Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > BMT Urmiya gölünün qurumasının qarşısını almaq üçün İrana maliyyə yardım edib
BMT Urmiya gölünün qurumasının qarşısını almaq üçün İrana maliyyə yardım edib |
BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardım edib. Bunu İranın Ətraf Mühit Təşkilatının rəisi Məhəmmədcavad Məhəmmədizadə deyib.Bu barədə iranın MEHR agentliyi xəbər verir.
Məhəmmədizadə bildirib ki, İrandakı göllərin, o cümlədən Urmiya, Parişan, Hamun və s.-in əsas problemi göllərə axan sulardan düzgün istifadə edilməməsidir. Bu, göllərin suyunun qurumasına gətirib çıxarır. Beynəlxalq KİV-lərin məlumatına görə, BMT-nin İnkişaf Proqramı 2012-2016-cı illəri əhatə edən proqram çərçivəsində İranda inkişaf proqramlarının həyata keçirilməsi məqsədilə 235 milyon dollar vəsait ayırıb ki, bu pulun 135 milyon dolları Urmiya gölünün ekoloji probleminin həlli məqsədilə ayrılıb. Rəsmi statistikalara əsasən, Urmiya gölünün suyunun 70 faizi artıq quruyub. Urmiya gölündə hazırda hər 1 litr suda 400 qram duz mövcuddur. Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir. İran Prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. 2011-ci ildə də Urmiya gölünün quruması ilə bağlı Təbriz və Urmiya şəhərlərində etiraz aksiyaları keçirilmişdi. Həmin aksiyalar zamanı onlarla azərbaycanlı fəal həbs olunaraq ağır cəzalandırılmışdı. Geri dön |