Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı rəsmi: “Keçirilən hər bir toy və ya yas mərasimində 40-50 nəfər koronavirusa yoluxur”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı rəsmi: “Keçirilən hər bir toy və ya yas mərasimində 40-50 nəfər koronavirusa yoluxur”

İranlı rəsmi: “Keçirilən hər bir toy və ya yas mərasimində 40-50 nəfər koronavirusa yoluxur”


Səmini deyib ki, Loristan əhalisi karantin rejimi ilə bağlı tətbiq edilən qaydalara və gigiyena qaydalarına riayət etməsələr, əyalətdə baş verən insani faciənin qarşısını almaq mümkün olmayacaq: “Koronavirusun ilk dalğasında Loristan əhalisi edilən tövsiyələri yaxşı yerinə yetirdilər. Bu isə əyalətdə pandemiya yoluxucu xəstəliyinin nəzarət altına alınmasına və getdikcə azalmasına səbəb oldu.


Lakin sonradan insanlar vəziyyətin adiləşdiyini zənn edərək yenidən ictimai məkanlarda sərbəst gəzməyə və toplantılara qatılmağa başladılar. Halbuki, koronovirus təhlükəsi cəmiyyətdə əvvəlki kimi qalır, yayılırdı.


Təəssüflər olsun ki, son vaxtlar Loristanda əhalinin xəstəliyi ciddiyə almaması səbəbilə toy və yas mərasimlərinin keçirilməsi artıb. Bu isə infeksiyanın insanlar arasında yayılmasına səbəb olur.


Aparılan araşdırmalar göstərir ki, Loristan əyalətində keçirilən hər bir toy və ya yas mərasimində orta hesabla ən azı 40-50 nəfər koronavirusa yoluxur. Bu isə qəbuledilməzdir və bunun qarşısı alınmalıdır” -deyə, Loristan valisinin müavini Mahmud Səmini pandemiya xəstəliyi ilə bağlı mediaya açıqlamasında bəyan edib.

Geri dön