Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Parsabad Şəhər Şurasının üzvü Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Parsabad Şəhər Şurasının üzvü Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.

Parsabad Şəhər Şurasının üzvü Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.


Ərdəbil əyalətinin İran Əyalətləri Ali Şurasındakı təmsilçisi Puya Mücərrəd qeyd edib ki, Ermənistanın uran, mis və qızıl zavodlarından Araz çayına axıdılan çirkab suları Parsabad əhalisinin bir çoxunda həzm sistemi orqanlarının xərçənginə səbəb olub.

Mücərrəd bu acınacaqlı halı "xərçəng sunamisi" adlandırıb.





“Parsabad, Muğan, Aslanduz və Biləsuvarın içməli suyu Araz çayından təmin olunur. Mütəxəssislərin fikrincə Parsabad vilayəti Ərdəbil əyalətində mədə-bağırsaq xərçənginə görə birinci yeri tutur,” deyə o bildirib.





Mücərrədin sözlərinə görə, məsələ ilə əlaqədar dəfələrlə İranın aidiyyəti qurumlarına müraciət edilib, lakin onlar hər dəfə Ermənistandan Araz çayına sənaye müəssisələrinin çirkab suyunun axıdılması faktını yalanlayıblar.





“Bu günə kimi suyun yoxlanıb-yoxlanılmaması barədə heç bir sənəd göstərməyiblər. Halbuki bu vilayətin içməli suyunun rəngi belə dəyişib və bulanıq olub. Parsabad əhalisi xərçəng sunamisi ilə qarşı-qarşıyadır. 10 ildir ki, ətraf mühit fəalları və Şəhər Şurası üzvləri su məsələsinin həlli üçün çalışırlar, ancaq heç bir rəsmi insanların canı bahasına başa gələn bu problemin həlli üçün addım atmır,” Mücərrəd vurğulayıb.





Qeyd edək ki, Parsabad Şəhər Şurasının üzvü keçən həftə də məsələ ilə bağlı xəbərdarlıq edərək Parsabadda hər bir ailənin ən azından bir yaxınının xərçəng və ya yol qəzası nəticəsində həyatını itirdiyini bildirmişdi.





Uzun illərdir Ermənistan ərazisindən təmizlənmədən birbaşa Araz çayına axan məişət tullantıları və sənaye müəssisələrinin çirkab suları sərhədyanı şəhər və kəndlərdə ətraf mühitə ciddi ziyan vuraraq bölgədə bir çox xəstəliklərə səbəb olub. Bu barədə yerli əhali və bir sıra rəsmi şəxslər dəfələrlə xəbərdarlıq etsələr də, İran rejimi Ermənistanla olan siyasi, hərbi və iqtisadi əməkdaşlığı nəzərə alaraq bu məsələyə göz yumub.

Geri dön