Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərk cəmiyyətinin sədri: Abbas Lisani qeyd-şərtsiz sərbəst buraxılmalıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərk cəmiyyətinin sədri: Abbas Lisani qeyd-şərtsiz sərbəst buraxılmalıdır

Ərk cəmiyyətinin sədri: Abbas Lisani qeyd-şərtsiz sərbəst buraxılmalıdır


Dr. Təbrizi öz İnstagram səhifəsində və Telegram kanalında yaydığı videoda Ərk cəmiyyətinin Abbas Lisaninin dosyesi ilə bağlı Birləşmiş Millətlər Təşkilatına müraciət etdiyini qeyd edərək tanınmış fəal barəsində çıxarılan 15 il həbs cəzasının təsdiqlənməsini qınayıb.





“Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Azərbaycan milli hərəkatının tanınmış mübariz simasına qarşı çıxarılan hökmün təsdiqlənməsindən sonra bütün imkanlarını səfərbər edərək bu xəbəri bütün beynəlxalq insan haqları təşkilatlarına və medialara çatdırmağa çalışıb,” deyə o əlavə edib.


Qeyd edək ki, Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi iyunun 4-də Ali Məhkəməyə müraciət etdikdən sonra məhkəmənin Ərdəbil Apelyasiya Məhkəməsinin milli fəala qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxladığını bildirib.





Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.





Xatırladaq ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatı Ərk uzun illərdir beynəlxalq qurum və təşkilatlarda Güney Azərbaycanda insan haqları sahəsində olan problemləri gündəmə gətirir.

Geri dön