Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həkim savadsızlığı ! - “Heç baytar heyvanı bu cür əməliyyat etmir" – RƏZALƏT !
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Həkim savadsızlığı ! - “Heç baytar heyvanı bu cür əməliyyat etmir" – RƏZALƏT !

Həkim savadsızlığı ! - “Heç baytar heyvanı bu cür əməliyyat etmir" – RƏZALƏT !


“O həkim qeyri-peşəkarlıq səbəbindən də cavab verməlidir. Bu cür həkimlər səhiyyəmizin üz qarasıdırlar”

Bakı sakini Yalçın Bəxtiyarov Elmi Tədqiqat Travmatologiya və Ortapediya İnstitutundan şikayətçidir. “Mediapost”a müraciət edən vətəndaş deyir ki, yaxın qohumları olan paytaxt sakini Roman Alyoşkinin 8 yaşlı qızı Mariya Alyoşkin iyun ayının 27-dən 28-ə keçən gecə yıxılaraq qolunu yaralayıb.


"Valideynləri təcili yardımla uşağı Nəsimi bazarının yanındakı Travmatologiya Mərkəzinə aparıblar. Orada adını bilmədiyimiz arıq, uzunboylu və eynəkli bir həkim uşağı əməliyyat edib. Buna görə 50 manat da pul istəyib. Valideynlərin həmin vaxt cəmi 30 manatı olub. Onu da alıblar. "Həkim" yazdığı reseptdə öz adını qeyd etməyib. Gecə olduğu üçün valideynlər uşağın qoluna baxa bilməyiblər. Səhər sarğını dəyişmək istəyəndə görüblər ki, uşağın qolu sanki vəhşi heyvana qoyulan kimi tikilidir", - şikayətçi bildirib.

Vətəndaş deyir ki, bundan sonra uşağı özəl klinikalardan birinə aparıblar: "Orada yenidən tikişlər sökülüb və təzə tikiş qoyulub. Həkim dəhşətə gəlmişdi ki, heç baytarlar heyvanları bu cür əməliyyat etmir."

Qandonduran məsələ ilə bağlı “Sherg.az”a münasibət bildirən sabiq millət vəkili, ixtisasca həkim Fərəc Quliyevin sözlərinə görə, belə həkimlər cəzalanmalıdırlar:

“Əlbəttə, pasiyentdən rüşvət istəyən həkim müvafiq qaydada məsuliyyətə cəlb olunmalıdır. Bununla yanaşı, o, qeyri-peşəkarlıq səbəbindən də cavab verməlidir. Bu cür həkimlər səhiyyəmizin üz qarasıdırlar. Amma onu da deyim ki, təqsirsizlik prezumpsiyasına əsasən, məhkəmə hökmü olmadan kimisə ittiham etmək düzgün deyil. Başqa sözlə desək, şikayətçinin ittihamı kiminsə məsuliyyətə cəlb olunmasından ötrü hələ kifayət deyil. Bunun üçün sübut da olmalıdır”.

F.Quliyev onu da deyib ki, hadisəni ümumiləşdirərək, bütün səhiyyə işçilərinə eyni gözlə baxmamalıyıq:

“Bizim qarşısında baş əyməyə borclu olduğumuz kifayət qədər həkimimiz var. Pandemiya dövründə səhiyyə iççilərimizin fədakarlığı bir daha təsdiqləndi. Onlardan neçəsi vətəndaşların sağlamlığı naminə öz canını qurban verdi, aylarla ailə üzvlərini görmədi. Elmi Tədqiqat Travmatologiya və Ortapediya İnstitutununda da dünyada tanınan onlarca həkimi var. Odur ki, necə deyərlər, “qurunun oduna yaşın da yanmasına” imkan verməməliyik”.

Kənan Novruzov/sherg.az

Geri dön