Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > “Azərbaycanın Putinin Avrasiya ideyasına qoşulmaq ehtimalı yoxdur” - RƏY
“Azərbaycanın Putinin Avrasiya ideyasına qoşulmaq ehtimalı yoxdur” - RƏY |
“Bu, SSRİ ölkələrini yenidən bir-birinə bağlamaqdır”
MDB ölkələri arasında Azad Ticarət Zonasınınn yaradılması haqqında müqavilə 2012-ci ilin sonunda qüvvəyə minəcək. Rəsmi Bakı ötən il azad ticarətlə bağlı razılaşmanı nəzərdən keçirmək üçün bir neçə həftə vaxt istəmişdi. Putin isə cavabında “onlara fikirləşmək üçün vaxt verilir” demişdi. İndi isə Putin Bakıdan Azad Ticarət Zonasına dair müqaviləni imzalamağı tələb edir. Politoloq Qabil Hüseynli Azad Ticarət Zonasının yaradılması haqqında müqaviləni şərh edərkən deyib ki, Azərbaycanın belə bir zonaya qoşulma ehtimalı çox zəifdir: “Bu ideya çoxdan gündəmdədir. Putinin Avrasiya ideyası, MDB ölkələri arasında gömrük dairələrinin götürülməsi, bir sıra variantları var ki, bunlar da hamısı bir məqsədə xidmət edir. Bu da, köhnə Sovet İttifaqına daxil olan ölkələrin hamısını yenidən bir iqtisadi müstəvidə bir-birinə bağlamaqdır. Azad Ticarət Zonası da 3-4 MDB ölkəsi arasında strateji rol oynaya bilməz. Ona görə ki, MDB ölkələri sənayə cəhətdən inkişaf etmiş ölkələr deyillər”. “Qabaqcıl texnologiya MDB ölkələri arasında yox dərəcəsindədir” Politoloq qeyd edib ki, Azad Ticarət Zonası o ölkələr arasında yaradılır ki, həmin ölkələr sənayə cəhətdən inkişaf edir, yüksək texnoloji göstəricilərə malik məhsullar istehsal edə bilir: “Həmin məhsulları Azad Ticarət Zonasında gömrüksüz və vergisiz satmaq imkanı əldə edirlər. Nəticə etibarilə, dünyanın yerdə qalan ölkələrinin həmin zonaya cəlb edilməsi üçün bir iqtisadi stimul yaranır. Belə bir stimulun MDB məkanında yaradıla bilməsi imkanını görə bilmirəm, çünki qabaqcıl texnologiya MDB ölkələri arasında yox dərəcəsindədir”. “Azərbaycanın bu iqtisadi zonaya qoşulması ehtimalı da zəifdir” Q.Hüseynli bildirib ki, MDB ölkələrinin bir-birləri ilə müxtəlif mal mübadiləsi sahəsində imkanları zəifdir: “Ölkələrin çoxunda xammal istehsalı və göndərişi üstünlük təşkil edir. Bu nöqteyi nəzərdən, azad bazar istehsalı sözdə, ideyada yaradıla bilər, amma səmərəli və perspektivli işləyə bilməz. Dubay, Honkonq, dünyanın başqa azad olkələrində olduğu kimi burada azad zona yaradıla bilməz. Ona görə də Azərbaycanın bu iqtisadi zonaya qoşulması ehtimalı da zəifdir və Azərbaycanın belə bir arzusunun da olacağına inanmıram”-deyə politoloq bildirib. Nihadə Eyyubova Geri dön |