Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: Ölkəmiz bəşəriyyətin təhlükəsizliyində maraqlıdır
Fərəc Quliyev: Ölkəmiz bəşəriyyətin təhlükəsizliyində maraqlıdır |
“Prezident İlham Əliyev istəyir ki, bütün dövlətlər xoşbəxt olsun və onların arasında Azərbaycan da var. Hərçənd ki, Ermənistan monoetnik dövlət kimi, ərazisində bir neçə xalqın yaşamasına razı olmayan, yalnız ermənilərin varlığını təmin edən bir dövlətdir. Azərbaycan isə ərazisində yaşayan bütün qeyri-azərbaycanlılara qarşı tolerant yanaşma nümayiş etdirməklə bütün dünyaya nümunədir”.
Bu fikri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsinin əhəmiyyətini “İki sahil” qəzetinə şərh edərkən bildirib. F. Quliyev qeyd edib ki, koronavirus pandemiyasına (COVID-19) qarşı mücadilədə də Azərbaycan öz ərazisində apardığı mübarizəyə paralel olaraq digər dövlətlərə də yardım edir: “Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə Azərbaycan Prezidentinin təşəbbüsü göstərməsi və orada pandemiya ilə mübarizə məsələlərinin müzakirəsi o deməkdir ki, ölkəmiz bəşəriyyətin təhlükəsizliyində maraqlıdır. Bununla da məqsəd həm dövlətimizi, həm də dünyanı təhdid edən bütün amilləri aradan qaldırmaq üçün dünya ailəsi yanaşmasını sağlam müdafiə edən bir sistemin yaradılmasıdır”. Partiya sədri vurğulayıb ki, elə məsələlər var ki, heç bir dövlət təkbaşına onun qarşısını ala bilməz. Bu, istər narkotiklə, istər terrorizmlə, istərsə də pandemiyaya və s. qarşı mübarizəyə aiddir. Belə məsələlərdə təşəbbüs göstərib səyləri birləşdirmək çox mühüm məsələdir. “Üçüncü ciddi məsələ odur ki, Azərbaycan tərəfi özünün iradəsindən asılı olmayaraq çox ciddi problem qarşısındadır. Ölkəmizə qarşı ədalətsiz bir müharibə var. Azərbaycan Prezidentinin BMT kimi nüfuzlu təşkilatda təşəbbüs qaldırması dolayısı ilə ölkəmizin təhlükəsizliyin təmin olunması, təhdidlərə qarşı mübarizə, həmçinin Dağlıq Qarabağ münaqişəsini diqqətdə saxlanılması üçün yanaşmadır. Ona görə də mən Prezidentimizin bu təşəbbüsünü yüksək dəyərləndirirəm və dəstəkləyirəm”- deyə, F. Quliyev fikrini yekunlaşdırıb. Ceyhun Piriyev, “İki sahil” Geri dön |