Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ÜST koronavirus pandemiyasına qarşı mübarizəni qiymətləndirmək üçün xüsusi yoxlama komissiyası yaradıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > ÜST koronavirus pandemiyasına qarşı mübarizəni qiymətləndirmək üçün xüsusi yoxlama komissiyası yaradıb

ÜST koronavirus pandemiyasına qarşı mübarizəni qiymətləndirmək üçün xüsusi yoxlama komissiyası yaradıb


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasına verilən reaksiya və ona qarşı mübarizənin təşkilini dəyərləndirmək üçün müstəqil ekspertlərdən ibarət yoxlama komissiyası yaradıb.

Bu barədə məlumatı ÜST-ün baş direktoru Tedros Qebreyesus təsdiqləyib. O bildirib ki, komissiyanın mandatı üzv ölkələr ilə razılaşma əsasında müəyyən ediləcəkdir.

Komissiyaya rəhbərliyi Yeni Zelandiyanın keçmiş Baş Naziri Helen Klark və Liberiyanın keçmiş Prezidenti Ellen Conson-Serlif edəcəkdir.

Beynəlxalq qurumun pandemiyaya reaksiyası mütəmadi olaraq tənqid hədəfinə çevrilir. Bu tənqidlərə son qoymaq üçün komissiya ötən aylardakı fəaliyyəti təhlil edəcək, görülən işlərə qiymət verəcəkdir. Eyni zamanda ötən dövrdə görülən işlərin təhlili gələcəkdə oxşar faciələrin qarşısını almaqda və bu sahədə əməkdaşlığı möhkəmləndirməkdə mühüm rol oynaya bilər.

Tedros Qebreyesus mətbuat konfransında bildirib ki, komissiyanın işi dünyaya əslində hər şeyin necə baş verdiyi barədə həqiqətləri olduğu kimi çatdırmaqdır. O, beynəlxalq ictimaiyyət pandemiyaya qarşı mübarizədə birliyə çağıraraq qeyd edib ki, parçalanmış qüvvələrlə bəşəriyyət ümumi düşmən üzərində qələbə qazana bilməz. Bütün dünyanı girova çevirən bu virusa qarşı mübarizə birgə təşkil olunmalı, ona cavab yolları birlikdə axtarılmalıdır.

Geri dön