Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mənim qəhrəmanım
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Mənim qəhrəmanım

Mənim qəhrəmanım


Və ya çiynində Vətən yükü daşıyan kişilər...

...“Kişilər bir olmur atam balası, qorxağı var, igidi var. Amma hər kişinin öləndən sonra qucağında yatmağa bir parça torpağa ehtiyacı var”. İllah da çiynində Vətən boyda bir yükü çəkməkdə iddialı olan kişilərin...

Mənim qəhrəmanım da Vətən yükünü daşıyan kişilərdəndi. Ağdam uğrunda gedən döyüşlərdə yaralanıb, ayağından edilən əməliyyat zamanı “kəsilən ayağımı doğulub boya başa catdığım Ağdamda-yurdumda basdırın, bədənim Ağdam işğaldan azad ediləndən sonra ayağıma qovuşacaq” deyib...

Onun haqqında yazmaq istədiyimi utancaq təbəssümlə qarşılayır. “Mən neyləmişəm ki, şəhid olan oğullardan, Fred Asif kimi qəhrəmanlardan yazın. Mən onun dəstəsində döyüşmüşəm” - deyir.

Arif İsgəndərov 1991-ci ildə Fred Asif kimi tanınan Asif Məhərrəmovun dəstəsində döyüşüb. 1992-ci ildə döyüşdə yaralanıb və sol ayağını itirib. 1-ci qrup Qarabağ əlilidi. Arif deyir ki, əmək qabiliyyətini itirməsi işləməsinə mane olmur:
”Birinci qrup Qarabağ əlili kimi pensiya və prezident təqaüdü alıram. Təxminən 325 manatadək pul edir. Amma 4 nəfərdən ibarət ailəni dolandırmaq ücün işləmək məcburiyyətindəyəm”. Arifin sözlərinə görə, ayağını itirsə də işləyir, hec kimin köməyi olmadan ailəsini dolandıra bilir: “Allaha cox şükür, hec kimə möhtac deyilik”.

A.İsgəndərov kicik ticarətlə məşğuldur. Deyir ki, istək olandan sonra insan daşı daş üstə qoymağı bacarar: “Bəzən əlillərə yazıq və ya dilənci münasibəti göstərilir. Halbuki əlillər də işləməyi, oxumağı bacarırlar. Elə vaxt olur ki, ayağım şişir, ağrıdan səhərə kimi yata bilmirəm. Axı, əsaların köməyi olmadan bir ayaqla gəzmək mümkün deyil. Əsalar isə qollarımı gücdən salır”.

Arif Milli Qəhrəman Cingiz Mustafayevin döyüş bölgələrindən hazırladığı kadrlarda da bu cür mübariz cıxışlarıyla yadda qalıb. Deyir ki, yaralanmağı yaşamaq eşqini dəyişməyib: “Cingiz Vətənə döyüşən oğullar qədər, hətta onlardan artıq xidmət göstərdi.Onun döyüş bölgəsindən cəkdiyi kadrlarda ağladığının şahidi olmuşam. Cingizin vurulması da mənim gözlərim önündə oldu”.

Arif İsgəndərovun həm Qarabağ əlillərinə, həm də fiziki qüsuru olan şəxslərə sözü var. Deyir ki, fiziki cəhətdən əlil olmaq yaşamaq eşqini tükədə bilməz: “Doğrudur, sağlamlardan cox əziyyət cəkirik. İstəsək də, istəməsək də, kimlərinsə köməyinə ehtiyacımız var. Coxlarımızın müalicə ücün imkanı yoxdur, iş tapa bilmirlər. Amma problemlər həyatda mübarizə aparmağa maneə ola bilməz. Əksinə biz daha mübariz olmalıyıq”.

Bu arada qeyd edək ki, A.İsgəndərov həm də ictimai fəaldır. Qarabağ Qazilər Təşkilatının, Vətən Müharibəsi Əlilləri İctimai Birliyininin üzvüdür. Özü kimi döyüşən, əlil olanlara, eləcə də şəhid ailələrinə mənəvi dəstək olur: “Təşkilatımız Qarabağ əlillərinə, şəhid ailələrinə iş tapmaqda yardım edir. Elə Qarabağ əlillərinini əsas problemləri də iş tapmaq və müalicə olunmaqla bağlıdır. Deyillər ki, Qarabağ əlilləri ücün müalicə pulsuzdur. Amma nə dövlət, nə də özəl tibb müəssisələrində pulsuz müayinə hüququndan istifadə edə bilmirik. Dərmanlar da cox bahadır. Buna görə də hansısa əlilin müalicəsi ücün Səhiyyə Nazirliyinə müraciət edilir, bəzən dostlarımızın köməyilə yardım göstəririk”.

Arif İsgəndərov onu da deyir ki, nə qədər yorulsa da, ailəsinə bir parça cörək aparanda sevinir. Həm də ona görə sevinir ki, övladlarını alnı açıq, halal zəhmətilə dolanındırır.

Ülviyyə Xuduzadə

Geri dön