Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tikantəpədə mədənlərin ətraf mühitə vurduğu ziyan yerli əhalini köç etməyə məcbur edir
Tikantəpədə mədənlərin ətraf mühitə vurduğu ziyan yerli əhalini köç etməyə məcbur edir |
Bu mədənlər sırasında Günbəd və Birincə kəndlərində fəaliyyət göstərən daş mədənlərindən ad aparmaq olar.
Günbəd kəndində daş istehsal edən zavodun 25 illik fəaliyyəti nəticəsində məntəqənin təbii sərvətlərinə geniş şəkildə ziyan dəyib. Bununla yanaşı mədənin fəaliyyəti yeraltı sulara, bağlara və kənd təsərrüfatı torpaqlarına da düzəlməz ziyan vurub. Məlumata əsasən, bu mədənin sahibi yerli olmayan sahibkar Həci Bağır Məhəmmədidir. Məhəmmədi lobbiçiliklə Birincə kəndinin yuxarısında başqa bir mədəni qeydiyyatdan keçirib və 8 ildən çoxdur ki, burada qeyri-standart metodlarla daş istehsal edir. Daş istehsal edən zavodun tikilməsində qanunvericilikdə nəzərdə tutulan kənddən 500 metrlik məsafəli olma qaydasına riayət olunmayıb. Nəticədə mədənin tozu külək vasitəsilə kəndin otlaqları, bağları və əkinçilik sahələrini yarasız vəziyyətə salıb. Bu toz həmçinin Kənd əhalisində kəskin tənəffüs problemlərinə səbəb olub. Daş mədəninin yaratdığı təhlükəli ekoloji problemlər Birincə kənd əhalisini evlərinə tərk edərək başda Tehran olmaqla digər şəhərlərə köçməyə məcbur edib. Mədənin fəaliyyətinin başlamasından öncə bu kənddə yaşayan 20 ailədən hazırda təkcə 4 ailə kəndi tərk etməyib. Son illərdə ətraf kəndlərin əhalisi həbs edilmək və cərimələnməyi gözə alaraq bu mədənlərin ətraf mühitə ziyan vurması ilə bağlı dəfələrlə etiraz etsələr də heç bir nəticə əldə olunmayıb. Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir. Lakin İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil. Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır. Geri dön |