Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Karantin günlərində karateçilərin formada qalması üçün bir sıra tədbirlər həyata keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Karantin günlərində karateçilərin formada qalması üçün bir sıra tədbirlər həyata keçirilir

Karantin günlərində karateçilərin formada qalması üçün bir sıra tədbirlər həyata keçirilir


Ölkədə koronavirus (COVID-19) pandemiyası ilə bağlı karantin günlərinin davam etdiyi bir dövrdə idmançılarımızın formada qalması üçün Azərbaycan Karate Federasiyası tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Bunlardan biri də onlayn məşqlərin təşkilidir. Onlayn məşqlər zamanı idmançılar, əsasən fiziki və texniki hazırlıqlarının artırılması istiqamətində bir sıra tapşırıqlar yerinə yetirirlər.

Bu sözləri məxsusi müsahibəsində karate üzrə milli komandanın böyük məşqçisi Şahin Xudaverdiyev deyib. O qeyd edib ki, məşqlərdə yeniyetmə və azyaşlı karateçilərin hazırlığına xüsusi diqqət yetirilir. Ş.Xudaverdiyev respublika çempionlarının, bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçıları olan karateçilərin idmandan uzaqlaşmaması üçün səylərini əsirgəmədiklərini söyləyib. Məşqçi idmançılara evdə daha çox məşq etməli olduqlarını da tövsiyə edib.

Geri dön